Yuxarı

Sülh istiqamətində tarixi fürsət qapısı açılıb - Gülər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün əldə edilməsi istiqamətində tarixi bir fürsət qapısı açılıb. Ermənistanın bunu anlayaraq hərəkətə keçməsinə ümid edirik.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Ankarada keçirilən tədbirdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

Nazir deyib ki, artıq Qafqazın savaşa deyil, dostluq və iş birliyinə ehtiyacı var:

"Bölgənin sabitlik və rifahı üçün hərtərəfli normallaşmanın təmin olunması Türkiyənin əsas gözləntisidir".

Y.Gülər qeyd edib ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində ortaya qoyduğu qəhrəmanlıq türkçülük ruhunun gücündən bəslənib:

"Azərbaycan Ordusunun üçrəngli bayrağı Şuşada və Xankəndində dalğalandırması, öz torpaqlarını almaq üçün göstərdiyi cəsarət tarixin qızıl səhifələrində müstəsna yerini alıb".

O, İkinci Qarabağ müharibəsi şəhidlərinə rəhmət, qazilərə şəfa diləyib.

Tarix
2024.11.08 / 22:57
Müəllif
Axar.az
Digər xəbərlər

Xamenei Pezeşkiana bunu qadağan etdi – Təcili

Kreml Bakının bu 3 istəyini dəstəkləyir

Müvəhhedian: İran Ermənistana görə mübarizəyə hazırdır

Bakı və Ankara İrəvana qarşı… - İranlı ekspert “körükləyir”

Trampa “dostum” dedi – Çinə axan pul bu ölkəyə gedəcək

Qarabağ üçün canından keçənləri hörmətlə anırıq!

Antiterror əməliyyatı Şuşa Zəfərinin məntiqi davamı idi

Bu, Əliyevin xarici siyasət sahəsində böyük tarixi zəfəridir!

CHP sədrindən Əliyevə zəng: Atatürkün bu ifadəsini təkrarladı

Azərbaycan XİN-dən Fransaya çağırış

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla