Yuxarı

ABŞ-dan şok: İran Trampa sui-qəsd planı hazırlayıb!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ədliyyə Nazirliyi İranın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa qarşı sui-qəsd hazırlaması ilə bağlı ittiham irəli sürüb.

Axar.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında deyilir.

“Ədliyyə Departamenti yeni seçilmiş Prezident Donald Trampa qarşı sui-qəsd planlarını davam etdirmək üçün cinayət şəbəkəsini idarə etmək vəzifəsi daşıyan İran rejimi agentini ittiham edib”, - baş prokuror Merrik Qarland bildirib.

ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Vray öz növbəsində deyib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-da qətllər təşkil etmək üçün cinayətkarlar və sifarişli qatillərlə əlbir olub.

Belə ki, təqsirləndirilən şəxs Trampa sui-qəsd planı hazırlamaq vəzifəsi daşıdığı iddia edilən 51 yaşlı İran vətəndaşı Fərhad Şakəridir. O, hələ də azadlıqdadır və İranda olduğu güman edilir.

Tarix
2024.11.08 / 23:06
Müəllif
Axar.az
Digər xəbərlər

Xamenei Pezeşkiana bunu qadağan etdi – Təcili

Kreml Bakının bu 3 istəyini dəstəkləyir

Müvəhhedian: İran Ermənistana görə mübarizəyə hazırdır

Bakı və Ankara İrəvana qarşı… - İranlı ekspert “körükləyir”

Trampa “dostum” dedi – Çinə axan pul bu ölkəyə gedəcək

Qarabağ üçün canından keçənləri hörmətlə anırıq!

Antiterror əməliyyatı Şuşa Zəfərinin məntiqi davamı idi

Bu, Əliyevin xarici siyasət sahəsində böyük tarixi zəfəridir!

CHP sədrindən Əliyevə zəng: Atatürkün bu ifadəsini təkrarladı

Azərbaycan XİN-dən Fransaya çağırış

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla