Şəmkirdə dəhşətli olay: 3 nəfər bıçaqlandı, biri öldü
01:49
Ana səhifə Planet |
Bu gün Türkiyənin Elazığ vilayətində baş verən zəlzələ 6 fevral zəlzələlərinin enerji ötürülməsi ilə əlaqədardır.
Axar.az xəbər verir ki, bu sözləri türkiyəli geoloq Naci Görür deyib.
"Elazığda 5,1 bal gücündə zəlzələ oldu. Bölgədə böyük fəlakətə səbəb olacaq zəlzələ enerjisi Malatyadan Karlıova-Göynükə qədər olan zəlzələlərlə böyük ölçüdə tükənib. Bugünkü zəlzələ 6 fevral zəlzələlərinin enerji ötürülməsi ilə bağlıdır. Bölgədə böyük bir zəlzələ yaradacaq enerji tükənib. Fəlakət gözləmirəm", - geoloq bildirib.
Qeyd edək ki, ötən gün Elazığda 5,1 bal gücündə zəlzələ baş verib.
Tarix
2024.11.09 / 00:45
|
Müəllif
Axar.az
|