Yuxarı

Müəllimlərə veriləcək güzəştli kartlarda nələr olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, təhsil işçiləri üçün müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları hazırlanacaq.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Musavat.com-a danışan Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təhsil işçilərinə veriləcək güzəştli kartlara nələrin daxil ediləcəyi barədə məlumat verib.

“Hazırda ölkəmizdə ali və orta ixtisas təhsili müəssisələrində, orta məktəblərdə 200 mindən çox təhsilverən çalışır. Gələn ildən təhsil işçilərinə güzəştli kartların verilməsi, müəllimlərin və təhsil sahəsində çalışanların sosial rifahını yüksəltmək və onlara daha geniş imkanlar yaratmaq məqsədi daşıyan mühüm bir addımdır. Təhsil işçilərinə veriləcək bu kartlar vasitəsilə müəllimlər müxtəlif sahələrdə endirimlərdən, pulsuz xidmətlərdən və digər imtiyazlardan istifadə edə biləcəklər.

İlk növbədə, nəqliyyat sahəsində güzəştlərin tətbiqi müəllimlər üçün mühüm bir dəstək ola bilər. Eyni zamanda, bir sıra ölkələrdə olduğu kimi, şəhərlərarası nəqliyyatda da müəyyən güzəştlərin tətbiqi uzaq məsafədən gələn müəllimlərə əlavə imkanlar yarada bilər.

Digər bir mühüm sahə səhiyyə və tibbi xidmətlərdir. Güzəştli kartların tibbi xidmətlərdə endirimləri, bəzi tibbi testlərin pulsuz olması və ya endirimli tibbi sığorta paketlərinin təklif edilməsi ilə əhatə olunması müəllimlər üçün əlavə motivasiya yarada bilər.

Mədəniyyət obyektlərinə girişdə endirimlərin tətbiqi, muzeylər, teatrlar, kinoteatrlar və digər mədəniyyət ocaqlarına sərfəli qiymətlərlə giriş imkanı müəllimlərin ictimai-mədəni fəaliyyətlərə daha çox qatılmasına şərait yaradar.

Müəllimlərin sosial imkanlarını genişləndirmək üçün xüsusi mağazalarda endirimlərin təklif edilməsi də olduqca effektiv ola bilər. Geyim, gündəlik tələbat malları və digər lazımi əşyalar üzrə endirimlər müəllimlərin həyat keyfiyyətini artırmaqla yanaşı, onların iqtisadi vəziyyətlərinə də müsbət təsir göstərəcək. Məsələn, müxtəlif Avropa ölkələrində, ABŞ-da və Asiya ölkələrində bu sahədə güzəştlər tətbiq olunur və müəllimlərin sosial təminatını artırmaq məqsədilə onlar üçün xüsusi alış-veriş imkanları yaradılır”, - o qeyd edib.

Tarix
2024.11.09 / 23:30
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyevin bu sualına cavab verə bilmədilər – Video

COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirildi - Video

Ərdoğandan Əliyevə: Çox məzmunlu bir çıxış...

Şarl Mişel Bakıda çağırış etdi: Hərəkətə keçək!

İlham Əliyev Britaniya baş naziri ilə görüşdü - Foto

10 ildir irəliləyiş yox idi, amma dünən Bakıda... - Əliyev

İlham Əliyev Çexiya baş naziri ilə görüşdü

İlham Əliyev Polşa prezidenti ilə görüşdü

İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlət katibi ilə görüşdü

Əminə Ərdoğan Mehriban Əliyeva ilə açılışda

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla