Yuxarı

COP29 zamanı şəhər daxilində nəqliyyat belə olacaq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Axar.az xəbər verir ki, bu dəfə COP29 tədbiri çərçivəsində paytaxtda giriş-çıxış və ictimai nəqliyyatın hərəkətinin necə tənzimlənəcəyi barədə məlumat verilib.

Bildirilib ki, "Koroğlu" stansiyasının ətrafından, konkret olaraq "Piramida" adlanan ərazidən 163, 184 və 214 nömrəli marşrut xətləri fəaliyyət göstərəcək. "Koroğlu" stansiyasına gələn 12 marşrut xətti "Ulduz" istiqamətinə, digərləri isə "Qara Qarayev" və başqa istiqamətlərə yönləndiriləcək.

Diqqətə çatdırılıb ki, şimal tərəfdən şəhərə daxil olanların Avtovağzal istiqamətinə yönəlmələri tövsiyə olunur. Oradan isə həm metro, həm də 27 marşrut xətti üzrə şəhərə daxil ola bilərlər. Avtomobillə şəhərə gələnlər isə postlardan keçəcəklər.

Postlardan biri Bakı-Salyan yolunun 14-cü kilometrliyində, Şıxov istiqamətində, Lökbatan dairəsində qurulacaq. Nəqliyyatın axını Kənar Dairəvi yola yönləndiriləcək.

Əlavə olunub ki, Badamdar girişi sərbəst, Yasamal və Şamaxinka istiqamətində giriş isə fasilələrlə olacaq.

Ətraflı süjetdə:

Tarix
2024.11.09 / 23:39
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyevin bu sualına cavab verə bilmədilər – Video

COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirildi - Video

Ərdoğandan Əliyevə: Çox məzmunlu bir çıxış...

Şarl Mişel Bakıda çağırış etdi: Hərəkətə keçək!

İlham Əliyev Britaniya baş naziri ilə görüşdü - Foto

10 ildir irəliləyiş yox idi, amma dünən Bakıda... - Əliyev

İlham Əliyev Çexiya baş naziri ilə görüşdü

İlham Əliyev Polşa prezidenti ilə görüşdü

İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlət katibi ilə görüşdü

Əminə Ərdoğan Mehriban Əliyeva ilə açılışda

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla