Yuxarı

Sabiq nazirin oğluna yüksək vəzifə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabiq nazirin oğluna yüksək vəzifə verildi

Sabiq rabitə və yüksək texnologiyalar naziri (İndiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) Əli Abbasovun oğlu Eldar Abbasov şirkət rəhbəri təyin edilib.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Eldar Abbasov "Railways Communications & Technologies" (RCT) LLC (Dəmir Yolları, Rabitə və Texnologiyaları) şirkətinin Azərbaycandakı nümayəndəliyinin icraçı direktoru kimi fəaliyyətə başlayıb.

Qeyd edək ki, RCT şirkəti Azərbaycanda 2019-cu ildə sənayedə dəmir yollarının, SCADA/avtomatlaşdırma sistemlərinin, orta və yüksək gərginlikli yarımstansiyaların ən yaxşı katener/elektrikləşdirilməsini təmin etmək missiyası ilə yaradılıb. Şirkətin rəsmi saytında bildirilir ki, bu sahədə uzun illər təcrübələri var və bütün dünyada sözügedən sahədə müştərilərlə işləyir.

"Mütəxəssislərdən ibarət komandamız hər bir müştərimizin unikal ehtiyaclarını ödəmək üçün uyğunlaşdırılmış fərdi həllər təqdim etməyə sadiqdir. Şirkətin Bakıda baş ofisi Xocalı prospekti 37 ünvanında yerləşən "Demirchi Tower”dədir", - deyə şirkətin təqdimatında bildirilir.

Xatırladaq ki, Eldar Abbasov 2022-ci ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilib.

Tarix
2024.11.11 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla