Yuxarı

Leyla Əliyeva “Kaşalata” kafeni ziyarət etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva “Kaşalata” kafeni ziyarət etdi - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda əlilliyi olan gənclərin də çalışdığı ilk və yeganə inklüziv iaşə obyekti olan “Kaşalata” kafeni ziyarət edib.

Axar.az xəbər verir ki, Leyla Əliyevanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, kafenin həmtəsisçiləri Natavan Məmmədova və Aytən Eynalova qarşılayıblar.

Heydər Əliyev Fondunun vitse-prezidentinə əlilliyi olan şəxslərin inklüziv mühitdə məşğulluğuna dəstək məqsədilə yaradılan bu inklüziv kafenin fəaliyyəti barədə məlumat verilib. Qeyd olunub ki, Bakının Ü.Hacıbəyli küçəsi, 57 ünvanında yerləşən “Kaşalata” kafe “Birgə və Sağlam” İB-nin təşəbbüsü ilə təsis edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KOBİA, SOCAR, “Pasha Holding” və “Trendyol Azərbaycan”ın dəstəyi ilə yaradılan “Kaşalata” kafedə məşğulluğu təmin edilən 20 nəfər gəncdən 10 nəfəri əlilliyi olan şəxslərdir.

Leyla Əliyeva kafedə yaradılmış şərait və iş mühiti ilə tanış olub, burada məşğulluğu təmin edilmiş əlilliyi olan gənclərlə görüşərək onlarla söhbət edib.

Autizmli gənclərdən ibarət “Mavi Ürəklər” xor və ritm qrupu tərəfindən “Sən Ey Uşaqlıq” mahnısı ifa olunub. Autizmli şəxslər Leyla Əliyevaya hazırladıqları əl işlərini hədiyyə ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti “Kaşalata” inklüziv kafesinin əməkdaşları ilə xatirə fotoları çəkdirib.

Tarix
2024.11.20 / 09:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın strateji rolunu yüksək qiymətləndiririk - Səfir

Laçının torpaq potensialı yenidən qiymətləndirildi

Azərbaycanla İsrail arasında mühüm iclas keçirildi - Foto

2026-cı ilin büdcə zərfinin strukturu...

Erməni mütəxəssislər Bakıya gəlir - Tarix

Hacıbəyli Mehdiyevə sevgisini bu sözlərlə etiraf etmişdi - Video

Gideon Saar Azərbaycana gələcək

ABŞ Azərbaycana süni intellekt texnologiyası satacaq

ABŞ “Javelin”lərin Hindistana satışına razılıq verdi

Ukraynanın Azərbaycandakı səfirliyində matəm kitabı açıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla