Yuxarı

Media subyektləri vergidən azaddır, bəs jurnalistlər?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Media subyektləri vergidən azaddır, bəs jurnalistlər?

2023-cü ildən etibarən media subyektlərinin media fəaliyyəti üzrə əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri və dövlət tərəfindən verilən maddi yardımlar vergidən azad edilib. Həmçinin, bu vergi güzəştlərinin müddəti 2026-cı il yanvarın 1-dən etibarən daha 3 il uzadılıb.

Bununla yanaşı, Azərbaycanda 2019-cu ildən qüvvədə olan və özəl sektorda çalışanlar üçün tətbiq edilən gəlir vergisi üzrə güzəşt müddətinin 2026-cı il yanvarın 1-də başa çatması muzdlu işdən aylıq gəlir əldə edən fiziki şəxslərin gəlir vergisi öhdəliklərinin yeni qaydada formalaşmasına səbəb olub.

Bu dəyişikliklər media sahəsində çalışan jurnalistlər və digər əməkdaşlar arasında suallar yaradıb. Ən çox müzakirə olunan məqam isə, media subyektlərinə tətbiq edilən vergi azadolmalarının media qurumlarında çalışan şəxslərin əməkhaqqı gəlirlərinə şamil olunub-olunmamasıdır.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı APA-ya açıqlamada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən media subyektləri üçün nəzərdə tutulmuş vergi güzəştlərinin yalnız media fəaliyyəti nəticəsində əldə edilən gəlirlərə şamil olunduğu bildirilib.

Yəni, bu azadolmalar media subyektlərinin sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdikləri gəlir (mənfəət), o cümlədən reklam gəlirləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən verilən maddi yardımlar üçün nəzərdə tutulub.

Qurumdan vurğulanıb ki, media subyektlərində çalışan jurnalistlərin və digər əməkdaşların əmək haqqı gəlirləri isə dəyişməz olaraq gəlir vergisinə cəlb edilir. Bu sahədə hər hansı yeni azadolma və ya güzəşt tətbiq olunmur. Media subyekti özəl sektorda fəaliyyət göstərirsə, əmək haqqı üzrə gəlir vergisi aşağıdakı dərəcələrlə hesablanır:

- aylıq gəlirin 2500 manatadək olan hissəsindən – 3 faiz,

- 2500–8000 manat arası olan hissəsindən – 10 faiz,

- 8000 manatdan yuxarı olan hissəsindən – 14 faiz.

“Media subyektlərinə tətbiq edilən digər vergi güzəştləri — yəni VÖEN-i olan media subyektlərinin sahibkar kimi əldə etdikləri gəlirlərin (mənfəətin) və media məhsullarının təqdim edilməsinin vergidən azad edilməsi - əmək haqqı gəlirlərinə aid deyil.

Belə ki, media məhsullarının təqdim edilməsinə tətbiq olunan ƏDV azadolması, habelə gəlir (mənfəət) vergisi üzrə güzəştlər yalnız media subyektlərinin fəaliyyəti nəticəsində formalaşan gəlirləri əhatə edir və işçilərin əmək haqqının vergiyə cəlb olunmasına təsir göstərmir” - məlumatda qeyd edilib.

Tarix
2026.01.08 / 16:33
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla