Yuxarı

“Kontakt”ın Zəfər Günü videoçarxı mükafat qazandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kontakt”ın Zəfər Günü videoçarxı mükafat qazandı - Video

“Kontakt”ın Zəfər Gününə özəl hazırladığı videoçarx Türkiyənin məşhur “Felis Ödülleri” müsabiqəsində qalib olub.

Qardaş ölkə Türkiyənin ən prestijli reklam müsabiqələrindən olan “Felis”də yüzlərlə yaradıcı iş arasında “Kontakt”ın “Şanlı Zəfər Günümüz mübarək, Azərbaycan!” adlı unikal videoçarxı rəqibləri kölgədə qoyaraq Korporativ Sosial Məsuliyyət və Korporativ İmic kateqoriyalarında yüksək mükafata layiq görülüb. Hər kadrı ilə Zəfər Gününün dəyərini göstərən layihə, zəfər ruhunu ölkəmizlə yanaşı, ölkəxarici auditoriyada da hiss etdirə bilib.

Artıq 19 ildir ki, reklam və marketinq sənayesində yaradıcı işləri qiymətləndirən “Felis” müsabiqəsi bu il ikinci dəfə Azərbaycanın iştirakı ilə keçirilirdi. Mükafatlandırma mərasimi isə sözün əsl mənasında təsadüfi deyil ki, Zəfər Günü ilə eyni tarixdə – noyabrın 8-i, Türkiyədə - Haliç Konqres Mərkəzində baş tutub.

Zəfərin mənəvi dəyərini təsdiqləyən bu layihənin uğuru ilə “Kontakt” bir daha öz sosial məsuliyyətini ən yüksək səviyyədə yerinə yetirdiyini sübut etdi.

Qeyd edək ki, şəbəkə “Kontakt sevindirir” şüarı ilə Azərbaycanda pozitiv dəyərlər yaradan sosial layihələr həyata keçirməyə davam edir.

Qəlbətoxunan süjet xətti ilə dillər əzbəri “Qarabağ” mahnısının yer aldığı videonu buradan izləyə bilərsiniz:

Tarix
2024.11.22 / 11:38
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla