Yuxarı

VI çağırışın deputatlarına mənzil verildi - Maraqlı detal

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
VI çağırışın deputatlarına mənzil verildi - Maraqlı detal

Senyabrda səlahiyyətləri başa çatmış VI çağırış (2000-2024-cü illər) Milli Məclisin bəzi deputatlarına mənzil verilib.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı deputatların özləri də təsdiqləyiblər.

Məlumata görə, VI çağırış Milli Məclisin bəzi deputatları mənzil təklifindən imtina ediblər. Bunu onunla əsaslandırıblar ki, yaşayış şəraitləri kifayət qədər yaxşı olduğundan yeni mənzilə ehtiyacları yoxdur. Amma mənzilləri olan bəzi deputatlar yeni evə də “yox” deyə bilməyib və bunun üçün məktub yazaraq, əlavə yaşayış sahəsinə sahibləniblər.

Beləliklə, yeni mənzil alanlar arasında həm evi olanlar, həm də buna ehtiyac duyanlar var.

Qeyd edək ki, Milli Məclisin əvvəlki çağırışlarında da deputatlara mənzillər verilib.

Xatırladaq ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna əsasən, deputatlar mənzillə təmin oluna bilərlər.

Sözügedən qanunun 26-cı maddəsində deyilir:

“Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir. Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında daimi yaşayan və mənzil şaraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır. Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir”.

Tarix
2024.11.23 / 11:36
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflis Bakıya yox deməyib, ancaq elə qiymət təyin edib ki...

Bu, azərbaycanlıların hüquqlarının pozulmasıdır - Marino

Moskva ilə məsləhətləşmələr aparıldı: Bakıdakı 11 rus...

Sabah Rafael Hüseynov VHP-dən qovulacaq?

Prezidentin yeni təyin etdiyi rektor kimdir? - Dosye

İşçilər üçün şad xəbər: Maaş daha tez veriləcək...

Polis gücləndirilmiş iş rejiminə keçdi - Video

Konqresə Azərbaycanla bağlı qanun layihəsi təqdim olundu

Sabah 8 min abonentin qazı kəsiləcək

Hikmət Hacıyev Mixail Qaluzinlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla