Yuxarı

MM-də müzakirə: İrəvanın hərbi xərclərini 70% artırması...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MM-də müzakirə: İrəvanın hərbi xərclərini 70% artırması...

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, 2025-ci il dövlət büdcəsində neftin qiyməti 70 dollar götürülüb:

“Vaxtilə neftin büdcə qiyməti 25-30 dollar arasında olub. Yeni çağırışlar fonunda istifadə etmədiyimiz resurslar hesabına potensial riskləri neytrallaşdırmaq mümkündür. Hazırda Dövlət Neft Fondunun ehtiyatları 61,3 milyard dollar təşkil etməklə ölkəmizin güclü maliyyə dayaqlarına sahib olduğunu göstərir. Fond öz əsas missiyasını yerinə yetirməkdə davam edir".

Azər Əmiraslanov qeyd edib ki, büdcə layihəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsi üçün cari illə müqayisədə 17,8 faiz çox vəsait proqnozlaşdırılır:

"Azərbaycan regionda sülh və sabitliyin qorunması missiyasını yerinə yetirir. Bu xərclərin artımı sərhədlərimizdən kənarda bəzilərini narahat edir. Onların əsassız fikirləri ilə bağlı bəzi məqamları qeyd edim. Müdafiə xərclərinin artırılması militarist siyasət həyata keçirmək anlamına gəlmir. Hərbi xərclərin artırılması digər sahələr üzrə xərc artımı fonunda baş verir. Ölkəmizin büdcə xərclərində ən yüksək pay heç də müdafiə xərclərinə aid deyil. Büdcənin hərbiləşdirilməsi meylləri məlum ölkə üçün xarakterikdir. İşsizlik səviyyəsi 12 %-ə çatan, 15 ildən çoxdur ki, kəskin demoqrafik böhran yaşayan Ermənistanda hərbi xərclərin təkcə 1 il ərzində 70%, yəni kəskin artırılması militarist büdcənin bariz nümunəsidir”.

Tarix
2024.11.25 / 12:48
Müəllif
Axar.az
Digər xəbərlər

Aleksandr Vuçiç Azərbaycana gələcək

Polşa səfirliyi Azərbaycana başsağlığı verdi

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

Xalqımızın məruz qaldığı ən dəhşətli faciələrdən biri...

Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla