Yuxarı

Azərbaycanda 38 kişi məişət zorakılığının qurbanı oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda 38 kişi məişət zorakılığının qurbanı oldu

Azərbaycanda məişət zorakılığına qarşı mübarizə ilə bağlı yeni fəaliyyət planı hazırlanır. Plana əsasən, ölkədə məişət zorakılığına məruz qalan şəxslərin məlumat bankı yaradılacaq. Məişət zorakılığı dedikdə qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamalarından sui-istifadə etməklə şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması nəzərdə tutulur.

Axar.az xəbər verir ki, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən Modern.az-a 2024-cü ildə komitəyə məişət zorakılığı ilə bağlı 486 müraciət daxil olduğu bildirilib.

"Məişət zorakılığına məruz qalan şəxslər arasında qadın və uşaqlar çoxluq təşkil edir. Belə ki, cari ildə 38 kişi, 430 qadın, 364 uşaq məişət zorakılığına məruz qalıb. Məişət zorakılığı törədənlər isə tərkibinə görə 438 nəfər kişi, 213 nəfər qadındır", - məlumatda qeyd olunub.

Qeyd olunub ki, komitəyə müraciət daxil olarkən dərhal icra olunur və müvafiq qurumlara yönləndirilir:

"Şikayətlər yerli icra hakimiyyəti orqanlarına və Daxili İşlər Nazirliyinə yönləndirilir. Yerli icra hakimiyyətlərində məişət zorakılığının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları fəaliyyət göstərirlər. Müraciət daxil olan zaman dərhal komissiya yaradılır və ehtiyac olduqda şəxs qısamüddətli mühafizə ilə təmin olunur. Cinayət tərkibi olduğu halda isə DİN tərəfindən qeydiyyata alınır və qabaqlayıcı profilaktik tədbirlər görülür".

Tarix
2024.11.26 / 11:25
Müəllif
Axar.az
Digər xəbərlər

Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...

Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...

Prezidentin ad günündən ailə - Fotosu

Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video

İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...

Qroznıda AZAL təyyarəsində həlak olanların xatirəsinə abidə...

Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video

ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev

Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!

Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla