Yuxarı

Sabiq idarə rəisinin vəsatəti təmin edilmədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabiq idarə rəisinin vəsatəti təmin edilmədi

Rüşvət almaqda təqsirləndirilən Suraxanı rayon Sukanal İdarəsinin sabiq rəisi Mehman Haşımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkili onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verib.

Həmçinin, müdafiəçi deyib ki, müvəkkili xərçəng xəstəsidir.

Hakim heyəti vəsatəti təmin etməyib.

Məhkəmənin baxış iclası dekabrın 3-nə təyin olunub.

Qeyd edək ki, Mehman Haşımov ləğv edilmiş "Azərsu" ASC-nin yerli şöbələrində həyata keçirilmiş kompleks yoxlamalar nəticəsində tutduğu vəzifəsindən azad edilib.

O, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla saxlanılıb, daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

Mehman Haşımov vəzifə səlahiyyətlərindən istifadə edərək külli miqdarda rüşvət almaqda təqsirli bilinib.

O, Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə, hərəkətsizliyə görə rüşvət alma) maddəsi ilə təqsirli bilinib.

Tarix
2024.11.26 / 14:02
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Rassel Hardi ilə görüşdü

Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

İlham Əliyev Davosda panel iclasda iştirak etdi

Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama

2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı

Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama

İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı

Azərbaycanla enerji sistemləri birləşdiriləcək - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla