Yuxarı

Axar.Az Logo carnation

Tanışını döyərək 7 il həbs alan idmançı azadlığa buraxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanışını döyərək 7 il həbs alan idmançı azadlığa buraxıldı

Məhkəmə Bakının Sabunçu rayonunda tanışını döyərək ağır xəsarətlər yetirməkdə ittiham olunan Elməddin Şıxıyevlə bağlı qərar verib.

Axar.az APA-ya istinadla xəbər verir ki, Elməddin Şıxıyevin şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə məhkəmə keçirilib.

Qərara əsasən, Elməddin Şıxıyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri həmin Məcəllənin 130.1-ci (Zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib və ona təyin edilən cəza 1 ilə endirilib. Cəza çəkilmiş sayıldığından təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.

E.Şıxıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, hadisə ötən il Sabunçu rayonunun Savalan yaşayış massivində baş verib.

İttihama görə, Elməddin Şıxıyev birlikdə yaşadığı qadının qonşusu Emil Məmmədovu mübahisə zəminində küçədə döyərək ağır xəsarətlər yetirib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.2.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma, iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə), 126.2.3-ci (Qəsdən sağlamlığa ağır zərər vurma xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə) və 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Elməddin Şıxıyevin idmançı olduğu bildirilib.

Tarix
2024.11.28 / 13:33
Müəllif
Axar.az
Digər xəbərlər

Onlar da Zəngəzur dəhlizinə öz pəncələrini qoydular - Poqosyan

Türkiyə XİN 20 Yanvar faciəsinin qurbanlarını yad etdi

Kürd silahlılar istifadə edildi və atıldı: hər şey bitdi - Köçəryan

Prezident Şəhidlər xiyabanını ziyarətinə dair videoçarx paylaşdı

Çin Rusiya üzərində qiymət təzyiqini artıracaq – Şərh

Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb

Bu, Bakının mühüm jestidir - Rubio

Qanlı 20 Yanvardan 36 il ötür

Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım

Azərbaycan Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla