Yuxarı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda 5 universitetin rektoru yoxdur

Ölkədə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrinin rektoru yoxdur.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu rektoru Mustafa Babanlı olub. O, ötən ilin iyul ayında vəzifəsindən azad edilib. Rektorun səlahiyyətləri Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əsgərova həvalə olunub.

Azərbaycan Dövlət Dəniz Akademiyası da rektorsuz universitetlər sırasındadır. Ali təhsil müəssisəsinin rektoru Heydər Əsədov parlamentin deputatı seçildikdən sonra vəzifəsindən azad edilib.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov da Ali Məclisin deputatı seçildiyi üçün vəzifəsini itirib.

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov isə Qarabağ Universitetinə rektor təyin edilib. Onun yerinə hələlik təyinat olmayıb.

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının rəisi general-mayor Azər İbrahimov bu ilin oktyabr ayında vəzifəsindən azad edilib. Akademiyanın rəisi vəzifəsinin icrası general-mayor Faiq Məmmədova həvalə edilib.

Tarix
2024.11.30 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Kamilliyə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla