Yuxarı

Nuru Paşanın Sabirabadda qaldığı tarixi evin sirləri - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nuru Paşanın Sabirabadda qaldığı tarixi evin sirləri - Video

Bulduq kəndindəki bir ev digərlərindən çox fərqlənir. Bu evi fərqli edən onun tarixi keçmişidir.

Axar.az xəbər verir ki, İctimai TV Sabirabadın Bulduq kəndində yerləşən həmin evdən süjet hazırlayıb.

Bildirilir ki, ev dövrün zəngin bəylərindən biri olan Kərbəlayi Nəcəfquluya məxsusdur. Bulduq kəndinin əsası Nəcəfqulu bəyin babası, Osmanlı ordusunun yüzbaşısı Mirzəli bəy tərəfindən qoyulub.

Nəcəfqulu bəyin qohumu Əliş Rzayevin sözlərinə görə, bu torpaqlar 1831-ci ildə türk ordusunun yüzbaşısı Mirzəliyə hədiyyə olunub. 1888-ci ildə evin bünövrəsi qoyulan zaman Kür daşqınları ziyan vurmasın deyə ən hündür yer seçilib.

1918-cı ildə mart qırğını zamanı Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun komandanı general Nuru Paşa öz dəstəsi ilə birlikdə Kürdəmir və Şamaxı rayonlarını daşnak-bolşevik birləşmələrindən təmizlədikdən sonra Bakıya gedərkən yolunu Sabirabaddan salır.

Ə.Rzayev bildirib ki, Nuru Paşa tarixi keçmişi özündə gizlədən bu evdə qalıb.

Ətraflı süjetdə:

Tarix
2024.12.01 / 23:33
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

Ceyhun Bayramov Türkiyəyə getdi

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla