Yuxarı

AQTA bu obyektlərə nəzarəti gücləndirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AQTA bu obyektlərə nəzarəti gücləndirdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) şadlıq saraylarının, mərasim evlərinin və insanların kütləvi qidalanmasının həyata keçirildiyi digər qida obyektlərinin sahiblərinə müraciət edib.

AQTA-dan Axar.az-a verilən məlumata görə, aparılan nəzarət tədbirləri zamanı bir çox hallarda ziyafətlərdə ilkin və dövri tibbi müayinədən keçməmiş təsadüfi şəxslərin xidmət göstərdiyi məlum olur.

Qeyd olunub ki, belə şəxslərin birbaşa, yaxud dolayısı ilə qida ilə təmasda olması isə insanlarda kütləvi mədə-bağırsaq pozuntuları ilə müşahidə edilən halların baş verməsinə və zəhərlənməyə səbəb ola bilər. Eyni zamanda bir çox hallarda, xüsusilə də regionlarda qidaların ev şəraitində hazırlanaraq şadlıq saraylarına, mərasim evlərinə və digər belə yerlərə gətirildiyi müşahidə edilir.

Qida məhsullarının sanitar-gigiyenik norma və qaydalara uyğun olmayan şəraitdə, texnoloji ardıcıllıq gözlənilmədən, çarpaz çirklənməyə şərait yaratmaqla hazırlanması, həmçinin hazır qidaların isti və soyuq zəncir gözlənilmədən antisanitar şəraitdə şəxsi nəqliyyat vasitələri ilə tədbir məkanına daşınması isə qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, insan həyat və sağlamlığına ciddi təhlükə yarada bilər.

Agentlik bəyan edir ki, sadalanan hallar yolverilməzdir:

"Qeyd olunan hallarda baş verə biləcək hər hansı xoşagəlməz hadisəyə görə obyekt sahibləri birbaşa məsuliyyət daşıyır. Sözügedən sahədəki mövcud vəziyyətin qiymətləndirilməsi, zəhərlənmə və qida mənşəli xəstəliklərin baş verməsi riskinin azaldılması məqsədilə AQTA əhalinin kütləvi qidalandığı məkanlarda, o cümlədən şadlıq saraylarında nəzarət tədbirlərini gücləndirib. Tədbirlər zamanı qanunvericiliyin tələblərinə zidd faktlar aşkarlandığı təqdirdə, obyekt və onların rəhbərləri barədə zəruri tədbirlər görüləcək".

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” qanuna və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, qida subyektlərində çalışan və qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşlar müvafiq qaydada ilkin və dövri tibbi müayinədən keçməli, gigiyenik təlimlərə cəlb olunmalı, fəaliyyətləri zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə və şəxsi gigiyena qaydalarına əməl etməlidirlər. Həmçinin ictimai iaşə xidmətinin təşkili zamanı qanunvericiliklə müəyyən olunmuş sanitariya qaydalarının və gigiyenik normativlərin tələblərinə ciddi riayət edilməlidir.

Tarix
2024.12.03 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyan azərbaycanlılara çağırış etdi: Bizə dəstək olun!

Burdayam, hazırlıq gedir... - Gültəkin Hacıbəyli

Güneydən 183 yazarın Bakıya etirazı - O, təmsilçimiz ola bilməz!

Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu - Video

Əliyənnağı Hüseynov Təbrizdən geri çağırıldı

“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir

Kamran Əliyev ABŞ-da

Ohanyanın ölkədən çıxışına qoyulan qadağa ləğv edildi

Prezidentin geri çağırdığı səfirə yeni vəzifə verildi

Ağdərə sakini minaya düşdü, vəziyyəti ağırdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla