Yuxarı

Evinin çıxarışı olmayanlara şad xəbər: Bu tarixdən…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Evinin çıxarışı olmayanlara şad xəbər: Bu tarixdən…

Azərbaycanda fərdi yaşayış evlərinin çıxarışının olmaması bir çox sakini narahat edir. Bu məsələdə əsas problem torpağın təyinatından düzgün istifadə olunmamasıdır.

Axar.az Bakı.vs-ə istinadən xəbər verir ki, qanunvericiliyə görə, Azərbaycan Respublikasının torpaq fondu yeddi kateqoriyaya bölünür. Bunlardan yalnız birindi - yaşayış məntəqələri torpaqlarında fərdi evlərin tikilməsinə icazə var.

Lakin müxtəlif səbəblərdən vətəndaşlar digər – kənd təsərrüfatı, meşə, sənayə və digər təyinatlı torpaqlarda evlər tikiblər. Həmin ərazilərdə inşa olunan fərdi yaşayış evləri məhz bu səbəbdən sənədləşdirilə bilmir. Eyin zamanda Xəzər dənizinin mühafiə zolağı, yüksək təzyiqli qaz xətləri və dəmir yollarının ərazilərində də həyət evlərinin tikilməsi halları baş verib. Bu evlərin də sənədləşdirilməsi vətəndaşlar üçün problemə çevrilib.

Digər tərəfdən qanunsuz əldə olunan torpaqlarda inşa edilən evləri də göstərmək olar. Heç bir hüquqi sənədi olmadan şifahi razılaşma ilə əldə olunan torpaqlarda inşa edilmiş bu evlərin də sənədləşdirilməsi açıq problem olaraq qalır.

“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov mövzu ilə bağlı bildirib ki, hazırda sənədsiz evlərlə bağlı dövlət xidmətində müəyyən işlər gedir və normativ tənzimləmə işləri görülür:

“Həyat və sağlamlıq üçün təhlükəli olmayan, vətəndaşların müvafiq icazələr almaqdan yayınaraq əksər inşa etdikləri evlərin müəyyən prosedurlardan keçərək sənədləşdirilməsi istiqamətində iş aparılır və bununla bağlı normativ sənəd hazırlanır. Ədliyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər qurumlarla birgə işçi qrup yaradılıb. İşlər artıq tamamlanmaq üzrədir və qarşıdakı il vətəndaşlar daha dəqiq məlumatlar alacaqlar”.

Tarix
2024.12.04 / 14:17
Müəllif
Axar.az
Digər xəbərlər

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla