Yuxarı

Ekspert: Bu qəzanın səbəbi avtobus zolağıdır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekspert: Bu qəzanın səbəbi avtobus zolağıdır - Video

Burada mən sürücünü qınamıram, çünki orada avtobus zolağı çəkiblər. Bildiyim qədəri ilə bura aeroport yoludur və o prospektdə avtobus zolağına ehtiyac yoxdur. Hesab edirəm ki, Nəqliyyatı Əlaqələndirmə Şurası bu məsələyə yenidən baxmalıdır.

Bu sözləri Axar.az-a nəqliyyat üzrə ekspert Elməddin Muradlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin aeroport yolunda ikinci zolaqda avtomobilin dayanması nəticəsində baş verən qəza ilə bağlı yaydığı videonu şərh edərkən deyib.

Onun sözlərinə görə, burada qəzanın baş verməsinə səbəb zolaqdır:

“Çünki orada avtobus zolağı qırıq-qırıq xətlə çəkilməlidir. Nəzərə almaq laızmdır ki, bu yolda hər an vəziyyət dəyişə bilər. Məsələn, hansısa maşında qəfildən texniki nasazlıq yarana bilər. Sürücü belə olan halda qorxusundan sağ tərəfə çıxıb saxlamayıb ki, avtobus zolağıdır və buna görə cərimə ediləcək. İkinci zolaqda dayanıb, nəticədə qəza baş verib. Bu cür hallar təkrarlana bilər. Dəfələrlə demişəm və sübut etməyə də hazıram ki, burada zolaq lazım deyil və bunun fəsadları olur. Həmçinin illərdir bu yolda sağ zolaqdan yalnız avtobuslar istifadə edir. Çünki sağ zolaqda sürət 70 km/saat qoyulub və heç kim bu sürətlə getmək istəmədiyi üçün sağ yoldan istifadə etmir. Bu zolaq avtobusların sürətinə uyğundur.

Bu, hələ yüngül qəza sayılır, amma daha dəhşətli hallar da yaşana bilər. Ona görə də əvvəlcədən tədbir görüb, zolaqları oradan yığışdırmaq lazımdır. Babək, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin bəzi hissələrində də avtobus zolağına ehtiyac yoxdur”.

Tarix
2024.12.04 / 14:24
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Kobaxidzedən Bakı və İrəvanla bağlı açıqlama

Bayramov Cəlalzadəni qəbul etdi: İrandakı aksiyalar...

Bakı 11 nəfəri İrəvana təhvil verdi

Koncoryan: Köçəryan bu bölgəni Azərbaycana vermək istəyirdi

Bu adamyeyənlər Azərbaycanla sülh istəmirlər

Azərbaycan niyə Sülh Şurasına üzv oldu?

ABŞ səfirliyi: "Qarabağ"ın möhtəşəm qələbəsi...

Prezident 3 gündə kimlərlə görüşdü?

İlham Əliyevlə Paşinyan Davosda görüşdü - Foto

Fransina Armenqol Sosias Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla