Yuxarı

Azərbaycanda kiberqruplaşma ifşa edildi: 135 ölkədə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda kiberqruplaşma ifşa edildi: 135 ölkədə...

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bir kiberinsidenti araşdıran zaman 135 ölkədə fəaliyyəti olan kiberqruplaşmanın izinə düşüb.

Dövlət Xidmətindən Axar.az-a verilən məlumata görə, zərərverici proqramın analizi və tərsinə mühəndisliyi yolu ilə araşdırılması nəticəsində əldə edilmiş məlumatlara əsasən əks-kiberkəşfiyyat tədbirləri tətbiq edilərək zərərvericinin mərkəzi idarəetmə serveri ələ keçirilib. Əldə edilmiş məlumatların təhlili nəticəsində kiberqruplaşmanın ümumillikdə 270 741 kompüteri yoluxdurduğu aşkar edilib. Sözügedən hədəflərin 7 790-ı Azərbaycana məxsus kompüterlər olub. Ölkədə qeydə alınan yoluxanların 35-i müxtəlif dövlət qurumlarına məxsus mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmamış kompüterlər olub. İnformasiya təhlükəsizliyini təmin etmək üçün dövlət qurumlarında müvafiq təhlükəsizlik tədbirlərini həyata keçirməklə yanaşı, sözügedən zərərvericiyə aid indikatorların ölkə üzrə bloklanması təmin edilib.

Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi sözügedən yoluxdurulan kompüterlər barədə əməkdaşlıq etdiyi CERT mərkəzlərinə məlumat verərək bir çox ölkələrdə kiberqruplaşmanın fəaliyyətinin zərərsizləşdirməsinə nail olub.

Mərkəz informasiya təhlükəsizliyİ üçün dövlət qurumlarına mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmağı, vətəndaşlara isə fərdi qaydada antivurslardan istifadə etməyi tövsiyə edib.

Tarix
2024.12.05 / 10:50
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev "AnewZ"un Şəki barədə hazırladığı filmi paylaşdı - Video

Səfirliyimizə terror hücumundan üç il ötür

AzTV sədri Vəli Əkbəri işdən çıxartdı - Səbəb

İlham Əliyev uzaqgörən liderdir - İsrail XİN başçısı

İran federallaşmalıdır, yoxsa parçalanmalı?

Saar Bakıda Türkiyədən danışdı: Təssüf ki, münasibətlər...

İrana hücum mütləq olacaq - Millət vəkili

Tramp Bakıya getməli və Əliyevlə... - Dorandan mühüm

Tezliklə Bakıya rəsmi dəvət göndəriləcək - Matevosyan

İrana gedən azərbaycanlıların sayında artım - Müəmma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla