Yuxarı

Sabiq rəisin cinayət işi üzrə qərar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabiq rəisin cinayət işi üzrə qərar...

Liftlərin təmiri və quraşdırılması üçün ayrılmış iki milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilən “Bakılift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Ruslan Dilanovun cinayət işi üzrə qərar verilib.

Axar.az Report-a istinadən xəbər verir ki, Ali Məhkəmədə Bakı Apellyasiya Məhkəməsinin onun barəsində olan qərarından verilən şikayətə baxılıb.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, onun barəsində 2019-cu ildə cinayət işi başlanıb. İttihama görə, Ruslan Dilanov dövlət büdcəsindən binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan vəsaitin təxminən 1 milyon 835 min manatını mənimsəyib.

Həmçinin dövlətin vəsaiti ilə alınan 426 min manatlıq material-avadanlıqların təyinatı üzrə istifadə olunmamasında ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2021-ci ildə sabiq rəisin barəsində bəraət hökmü çıxarıb.

Daha sonra Bakı Apellyasiya Məhkəməsi dövlət ittihamçısının R.Dilanov barəsində olan protestini təmin edib. Məhkəmənin qərarı ilə bəraətverici hökm ləğv edilib və sınaq müddəti seçilməklə ona şərti cəza verilib.

Tarix
2024.12.05 / 14:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana hibrid hücumun qaranlıq məqamları...

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla