Yuxarı

Diplomsuz plastik cərrahlarla bağlı 18 fakt aşkar edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diplomsuz plastik cərrahlarla bağlı 18 fakt aşkar edildi

Azərbaycanda diplomsuz plastik cərrahlarla bağlı 18 fakt aşkar edilib.

Axar.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Saleh Hacıyev məlumat verib.

Onun sözlərinə görə, diplomsuz plastik cərrahlarla bağlı prokurorluq araşdırmalara başlayıb:

"Prokurorluq belə faktlarla bağlı mütəmadi araşdırmalar aparıb və nəticəsi barədə ictimaiyyətə məlumatlar verib. Bu ilin may və yay aylarında da bu faktlarla bağlı bizə müraciətlər daxil olub".

Saleh Hacıyev qeyd edib ki, prokurorluq tərəfindən aparılan araşdırmalarda Səhiyyə Nazirliyi də yaxından iştirak edib:

"Aparılan araşdırmalar nəticəsində qeyd olunan sahələr üzrə ciddi pozuntular aşkarlandı. Belə ki, müxtəlif şəxslərin aidiyyəti sənədləri olmadan plastik cərrahiyyədə iştirakı müəyyən edildi. Aşkar edilən 18 fakt üzrə müvafiq olaraq inzibati icraatlar başlanılıb".

Baş Prokurorluğun rəsmisi həmçinin onu da bildirib ki, aparılan araşdırmalar zamanı bəzi faktlar öz təsdiqini tapmayıb:

"Bu sahədə 8 halda yol verilən qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə təqdimatlar verilib, həmçinin qanun pozuntularından çəkindirmək məqsədi ilə 9 halda vətəndaşlara və vəzifəli şəxslərə Baş Prokurorluq tərəfindən xəbərdarlıq elan edilib. Bütün bu hallar xəstəxana rəhbərliyi və işçi heyəti ilə müzakirə olunub. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir".

Tarix
2024.12.11 / 16:28
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

XIII Qlobal Bakı Forumu başa çatdı

Yaxın Şərqdə münaqişə çox uzun çəkəcək, buna hazırlaşın!

Pakistanlı diplomat Azərbaycana təxliyə olundu - Foto

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Bakıda bu konfrans kiber hücuma məruz qaldı - Foto

Bakı beynəlxalq müzakirə platformasına çevrilir - Deputat

Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi

Növbəti raket hücumu: Türkiyə İrana cavab verə bilərmi?

Bayramov Fidanla danışdı: Türkiyəyə raket hücumu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla