Yuxarı

“Qadın Dəstək Xətti”nə 600-ə yaxın müraciət daxil olub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ilin iyun-noyabr ayları ərzində “Qadın Dəstək Xətti”nə ümumilikdə 586 müraciət daxil olub. Onların 256-sı hüquqi dəstək, 191-i nikahın pozulması, 59-u məişət zorakılığı, 46-sı sosial-maddi rifah, 21-i sığınacaq axtarışı, 13-ü isə səhiyyə hüquqlarının təmin olunması ilə əlaqədar olub.

Qeyd edək ki, bütün müraciətlər məzmununa uyğun olaraq müvafiq qurumlara yönləndirilir, ehtiyac olduqda qadınlara hüquqi məsləhətlər verilir və ilkin psixoloji dəstək göstərilir. Zəruri hallarda müraciət edən şəxslərlə görüşlər keçirilir, qadınlara sığınacağa yerləşdirmə və mühafizə orderinin alınması ilə bağlı dəstək verilir. Xidmətə müraciət edən qadınların məlumatlarının gizliliyi təmin edilir və bilgilər yalnız onların razılığı ilə aidiyyəti qurumlarla paylaşılır.

Azercell-in təşəbbüsü və dəstəyi ilə yaradılan, “Ümidli Gələcək” İctimai Birliyi tərəfindən idarə edilən “Qadın Dəstək Xətti” çətin həyat şəraitində olan qadınlara yardım etmək məqsədi daşıyır. Xidmətin daha əlçatan olması üçün “Qadın Dəstək Xətti”nin peşəkar işçi heyəti 24 saat fəaliyyət göstərən 116111 qısa nömrəsi, FacebookInstagram səhifələri vasitəsilə xidmət göstərir.

Tarix
2024.12.16 / 17:13
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda bu şuranın hüquqları artırılır

Prezidentdən qərar: Hakimlər bu yolla seçiləcək

Azərbaycanın İraqdakı səfiri geri çağırıldı

Bayramov Pol Riçard Qallagerlə görüşdü - Foto

Əsəd rejimi çökəndən sonra Ərdoğanla məsləhətləşdim...

İlham Əliyev Paul Riçard Qallageri qəbul etdi - Foto

“Erməni soyqırımı”nı yalnız bu 2 müsəlman ölkəsi tanıyıb

Vergi Məcəlləsindəki dəyişikliklər qəbul edildi

Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır

İlham Əliyev Bəhreyn Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla