Yuxarı

Komanda yoldaşını öldürən yeniyetməyə cəza veriləcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komanda yoldaşını öldürən yeniyetməyə cəza veriləcək?

Xəbər verdiyimiz kimi, ötən həftə Bakının Xətai rayonunda yerləşən "Hədəf" idman klubunda faciə baş verib. İlkin məlumata görə, 15 yaşlı yeniyetmə idmançılardan biri digərini boğaraq öldürüb.

Axar.az xəbər verir ki, "Hədəf" idman klubundan Oxu.az-a ehtiyatsızlıqdan komanda yoldaşını öldürən yeniyetmənin 15 yox, 13 yaşı olduğu bildirilib.

"Həyatını itirən yeniyetmə də onunla yaşıddır. Hadisə güləşərkən baş verib, qəsdən olmayıb. Başqa bir məlumat bilmirəm", - klub əməkdaşı deyib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Saleh Hacıyevin sözlərinə görə, hadisə ilə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Vəkil Pərviz Hacıyev məsələnin hüquqi tərəflərini belə izah edib:

"Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə görə, cinayət törədərkən on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb olunur. Hərbi cinayətlər üzrə 18, bir sıra ağır cinayətlər üzrə 14 yaş müəyyən edilib. Burada görünən odur ki, hər iki yeniyetmənin 13 yaşı var. Şəxslər yetkinlik yaşına çatmış olsaydılar və hadisə ehtiyatsızlıqdan baş versəydi, "ehtiyatsızlıqdan adamöldürmə" ilə iş açılacaqdı. Hər ikisinin 13 yaşı var. 13 yaşlı yeniyetmə cinayət məsuliyyətinə cəlb olunmur.

Sadəcə sənədləri yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaya göndəriləcək. Orada yeniyetmənin valideynləri ilə söhbət aparılacaq və bir sıra tədbirlər görüləcək. Çünki o, cinayət məsuliyyətinə cəlbetmə yaşına çatmayıb. Hadisəni ehtiyatsızlıqdan törətdiyi iddia olunan yeniyetmənin 16 yaşı olsaydı, məsuliyyətə cəlb olunardı".

Tarix
2024.12.16 / 17:19
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla