Yuxarı

Milli Məclis AP-nin qətnaməsini pislədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli Məclis AP-nin qətnaməsini pislədi

Azərbaycan Milli Məclisi Avropa Parlamentinin qərəzli qətnaməsini pisləyib.

Bu barədə Axar.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Qeyd olunub ki, Avropa Parlamentinin dekabrın 19-da keçirilən plenar iclası ölkəmizə qarşı növbəti qətnamənin qəbulu ilə yadda qaldı:

“Qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif edilir, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatına siyasi don geyindirilməyə cəhd göstərilir.

Azərbaycanda bütün əsas hüquq və azadlıqların tam şəkildə təmin edildiyi, o cümlədən qanunvericiliyin tələblərinə riayət edilməsinin zərurət olduğu bir gerçəklikdir. Belə olan halda, Avropa Parlamentinin ölkəmizin daxili işlərinə müdaxilə edən bu sənədi başqa məqsədləri ön plana çıxarır.

Bu qətnamə Azərbaycana qarşı xeyli müddətdir davam edən iftira və böhtan kampaniyasının tərkib hissəsi olduğu şübhə doğurmur. Xüsusən, süni şəkildə yaradılmış bütün əngəlləri dəf edərək, iqlim dəyişmələri ilə mübarizədə dünya ictimaiyyətinin səylərini birləşdirməyə nail olan ölkəmizin əldə etdiyi uğurlar fonunda bu kampaniyanın müxtəlif “elementlər”lə zənginləşdirilərək daha da genişləndiriləcəyi gözlənilən idi.

Bu mənada, Azərbaycanofob, türkofob və islamofob qüvvələrin cəmləşdiyi Avropa Parlamenti də bu kampaniyaya mütləq öz “töhfəsini” verməli idi. Qəbul edilmiş qətnamənin nə dərəcədə qərəzli olduğunu anlamaq üçün təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ölkəmizin ərazisində insanlıq əleyhinə cinayət törətməkdə təqsirləndirilən keçmiş separatçı rejimin nümayəndələri və terrorçular bu sənəddə “erməni hərbi əsirlər” kimi təqdim olunur.

Müşahidələr onu göstərir ki, Fransa, Ermənistan və erməni lobbisinin sifarişlərinin dərhal icrası bu gün Avropa Parlamentinin siyasi simasının xarakterik cizgisidir. Nəticə etibarilə, bu cür qətnamələr ölkəmizə qarşı irəli sürülən gizli gündəliklərin, reallaşdırılmağa çalışan siyasi maraqların əsl mahiyyətini tam şəkildə ortaya qoyur".

Tarix
2024.12.19 / 19:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla sərhəddə 2200-dən çox ev boşaldılıb - Aleksanyan

İsrail xarici işlər naziri Milli Məclisdə

BSQ cavablarının öncədən yayılması barədə rəsmi açıqlama

Canlı yayımda qeyri-etik ifadələr işlədən şəxs həbs olundu

Azərbaycan bu şəxsləri Moldova və Çinə təhvil verdi

Azərbaycan-İsrail ticarət dövriyyəsi 360 milyon dolları ötdü

Azərbaycan və İsrail XİN rəhbərləri görüşdü

Ceyhun Bayramov İsrailə səfərə dəvət edildi

Azərbaycanla İsrail memorandum imzaladı

Bayramovdan Qəzza ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla