Ana səhifə Toplum |
Yanvarın 1-dən etibarən smartkart tipli sayğaclarda qaz limiti avtomatik olaraq yenilənəcək. Vətəndaşlar alacaqları qazı 1200 kubmetrlik limitlə əldə edəcəklər.
Axar.az Modern.az-a istinadən xəbər verir ki, bunu "Azəriqaz"ın mətbuat katibi Eldəniz Vəliyev bildirib.
Onun sözlərinə görə, mexaniki sayğaclardan istifadə edən abonentlərin qaz limitinin sıfırlanması yanvarın 5-6-a qədər çəkə bilər:
"Mexaniki sayğacla bağlı yenilənmə prosesi yanvarın 5-nə təsadüf edirsə, növbəti 365 gün ərzində limitlə mavi yanacağı istifadə etmək mümkün olacaq”.
Smart tipli sayğaclarda limit sıfırlanan zaman balansda məbləğ qalarsa, bu necə tənzimlənir?
"Abonentlər sıfırlanmaya qədər aldıqları, balanslarında olan yanacağı aldıqları qiymətlə istifadə edəcək. Aldığı yanacaq bitdikdən sonra isə sıfırlanmış tariflə öz yanacağını ala biləcək”, - E.Vəliyev bildirib.
Tarix
2024.12.23 / 21:14
|
Müəllif
Axar.az
|