Yuxarı

Daha 645 sahibkara maliyyə sanksiyası tətbiq edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakıda iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 645 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

Qurumdan Axar.az-a verilən məlumata görə, bu obyektlərində POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina halları müəyyənləşdirilib. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

"Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir", - deyə məlumatda qeyd olunub.

Tarix
2024.12.24 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə danışıqların bir nəticəsi ola bilərdi... - Paşinyan

“Qeyri-səlis məntiq və dil-nitq” kitabı müzakirə edildi

Tiktokerlər “sutkalıq həbs” alacaqlar? – Professor

Əliyev və Ərdoğanın bugünkü qərarı: Bakı hərəkətə keçir

Liderlər İlham Əliyevi təbrik edir

Xameneidən təhlükəli çağırış: İki şərt qoyuldu, təxribat ola bilər

İlham Əliyev bunun üçün 20 milyon manat ayırdı

Azər Zahidin əxlaqsızlıq şousunu kim maliyyələşdirir? - Video

Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - Fotofakt

Ərdoğanla Əliyev Suriya ilə bağlı razılaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla