Yuxarı

Nazirlikdən maaşla bağlı işəgötürənlərə müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən maaşla bağlı işəgötürənlərə müraciət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd edilən əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi ilə bağlı “Əmək və Məşğulluq” altsistemi üzərindən işəgötürənlərə müraciət edib.

Axar.az xəbər verir ki, müraciətdə Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləğinin 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilməsi bildirilib.

Qeyd olunub ki, aylıq iş vaxtı normasını işləyən və əmək funksiyasını yerinə yetirən işçinin aylıq əmək haqqı da 2025-ci il yanvarın 1-dən həmin məbləğdən az ola bilməz:

"Ona görə də Dövlət Əmək Müfəttişliyi Xidməti minimum aylıq əməkhaqqından aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməklə “Əmək və Məşğulluq” altsisteminə daxil edilməli olduğunu işəgötürənlərin diqqətinə çatdırır".

Nazirliyin “Əmək və Məşğulluq” altsistemi vasitəsilə bu sahədə vəziyyətə mütəmadi nəzarət olunur. Əmək müqavilələrinə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə öz əksini tapır. Bu altsistem əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində izləməyə imkan verir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə minimum aylıq əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi inzibati məsuliyyətə səbəb olur.

Tarix
2024.12.28 / 11:28
Müəllif
Axar.az
Digər xəbərlər

Oranın azad edilməsi müharibənin taleyində mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla