Yuxarı

Əvvəl 50 qəpik idi, indi 5 manat oldu - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əvvəl 50 qəpik idi, indi 5 manat oldu - Açıqlama

Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin sosial şəbəkədə etdiyi paylaşım müzakirələrə səbəb olub.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, o, Milli Arxiv İdarəsində qiymətin bahalaşmasından gileylənib.

Bildirib ki, Milli Arxiv İdarəsində bir fotonun skan surəti 5 manat olub:

"Yayda 50 qəpik idi. Buna etiraz edirəm. Belə şey olarmı? Bunu hansı qurum, hansı əsasla təyin edir? Bu, tədqiqatçılara “işləməyin” deməkdir”.

Dövlət Tarix Arxivinin sabiq direktoru Aslan Kənan şikayətlərin əsassız olduğunu bildirib:

“Gərək qiyməti 10 il bundan əvvəl artırardılar. Hələ 10-15 il bundan öncə Gürcüstanda bir dənə vərəq almaq üçün 8-12 lari (təxmini 4,84-7,26 manat) pul verirdilər. Bütün Arxiv İdarələrində qiymət yüksək olur, yalnız Azərbaycanda deyil. Fikrimcə, məlumatların, tarixlərin oğurlanmaması, necə gəldi paylaşılmaması üçün qiyməti artırmaq qərarına gəliblər. Qərar çox doğrudur! Bu, arxivin sirrini saxlamaq məqsədi ilə bahalaşdırılır”.

Tarix
2024.12.29 / 14:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla