Yuxarı

Bələdiyyə üzvlüyünə namizəd olmaq istəyənlərin nəzərinə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bələdiyyə seçkiləri ilə əlaqədar namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi müddəti başa çatıb.

Axar.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, sənədlər namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilir.

Bu proses səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək başa çatdırılır.

"Təqvim Planı"nda namizədliyini irəli sürmək istəyən şəxslərin sənədlərini təqdim etməsi üçün müddət 2024-cü il dekabrın 10-dan dekabrın 30-u saat 18:00-dək müəyyən edilib. Beləliklə, bələdiyyəyə namizəd olmaq istəyənlər sənədlərini bu gün saat 18:00-a qədər təqdim edib başa çatdırıblar.

Qeyd edək ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci ilin yanvarın 29-na təyin olunub.

Tarix
2024.12.30 / 18:17
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Monteneqroya başsağlığı verdi

Tramp və Mask hədəfdə: milyarderin Putin və Si ilə əlaqəsi…

Suriyada Osmanlı ilə bağlı bu ifadə dəyişdirildi - Foto

Türkiyə sürətlə güclənir: İrəvan əlaltıdır - Karapetyan

İranda aqoniya: Əliyevə qarşı qeyri-etik davranış…

General Polad Həşimovun doğum günüdür

Təyyarəmizə atəş əmrini verən rus komandirin adı bəlli oldu

Lalə Şövkətdən gözlənilməz qərar

İran Bakı və Ankaraya dil uzatdı - ABŞ-dan reaksiya

Rəsmi Bakıdan Kuba ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla