Yuxarı

Ərdoğan dəyişikliyə hazırlaşır: Hansı nazirlər gedəcək?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan dəyişikliyə hazırlaşır: Hansı nazirlər gedəcək?

Türkiyə Prezidenti və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan partiyanın fevralın sonuna planlaşdırılan qurultayı öncəsi rəhbərlikdə və Nazirlər Kabinetində mühüm dəyişikliklərə hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Qurultayda yerli seçkilərdən sonra partiyanın yenidən təşkili ilə bağlı başlayan müzakirələrin yekunlaşacağı gözlənilir.

Məlumata görə, partiya rəhbərliyində böyük dəyişikliklər gözlənilir və təxminən eyni vaxtda Nazirlər Kabinetində də kadr dəyişikliyi olacaq. Partiya mənbələri ən azı 5-6 nazirin dəyişdirilə biləcəyini bildirir.

İddiaya görə, vitse-prezident Cövdət Yılmaz, maliyyə naziri Mehmet Şimşək, xarici işlər naziri Hakan Fidan, ətraf mühit naziri Murat Kurum və müdafiə naziri Yaşar Gülərin postlarını qoruyacağı gözlənilir.

İyun ayına kimi deputat qruplarının rəhbərliyində də dəyişikliklər gözlənilir. Qrupun 1 sədri və 5 sədr müavini üçün yeni seçkilər keçiriləcək.

Bundan əlavə, Türkiyə parlamentinin hazırkı sədri Numan Qurtulmuşun səlahiyyət müddəti iyunda başa çatır. Bununla belə, Qurtulmuş böyük ehtimalla bu posta namizəd olacaq.

Tarix
2025.01.02 / 14:52
Müəllif
Axar.az
Digər xəbərlər

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla