Yuxarı

Mən fala baxaraq "qorxmayın" demirəm... – Yetirmişli

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yerli vaxtla saat 6:46-da Xəzər dənizində 3 maqnitudalı daha bir zəlzələ qeydə alınıb. Bu, son bir saatda baş verən ikinci zəlzələdir - daha əvvəl baş verən silkələnmə saat 06:40-da 17 kilometr dərinlikdə 3.5 bal gücündə qeydə alınıb. Ümumilikdə isə dekabr ayında dənizdə baş verən 7-ci təbiət hadisəsidir. Belə ki, dekabrın 18-də, 25-də, 26-da (iki dəfə) və 29-da da Xəzərdə zəlzələlər qeydə alınıb.

Bəs görəsən, Xəzərdə nə baş verir? Ardıcıl zəlzələlərin qeydə alınması normaldır, yoxsa ciddi təhlükənin carçısıdır?

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlama verən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, bizdəki GPS vasitəsilə Yerin üst bərk qatı olan litosferdəki prosesləri izləyirik:

“Xəzərdə genişlənmə və sıxılma gedə bilər. Müəyyən müddətdə gərginlik toplanır, laylarda parçalanma olur. Bu parçalanma dalğa formasında yayılır. Xəzərdəki zəlzələ ocaqlarının müəyyən hissələri parçalanır, qalan hissəsində gərginlik hökm sürür. Yəni, bu, ağac deyil ki, qırılsın, bitsin. Əslində, dekabrda 15-ə yaxın xırda təkan olub. Biz beynəlxalq qaydalara əsasən, 3 bal gücündən yuxarı olan zəlzələləri veririk".

Baş direktor əlavə edib ki, bu təkanlar ona görə olur ki, enerji boşalması baş verir:

"Anidən güclü zəlzələ olsa, təhlükəlidir. Xırda təkanlarla enerjinin boşalmasının qorxusu yoxdur. 30-50 kilometr uzunluğunda zəlzələ böyük fəsadlara yola aça bilər. 3-5 kilometrlik təkanlarda isə narahatlıq yoxdur, gərginlik boşalır. Proses fon səviyyəsinə düşənə kimi davam edir. Biz ayrılan və orada qalan enerjini hesablayırıq. Mən fala baxaraq "qorxmayın" demirəm".

Tarix
2024.12.31 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

AZAL təyyarəsini vurmağı əmr edən generalla bağlı qərar - Foto

Onların şücaəti heç zaman unudulmayacaq - Prezident

Azərbaycan mediası bunu hər şeydən uca tutmalıdır - Əliyev

İrakli Kobaxidze Ceyhun Bayramovla görüşdü

İnformasiya məkanında qazandığımız zəfər... - Prezident

Azərbaycan-Türkiyə hərbi memorandum imzaladı - Video

Milli mətbuatın 150 illiyi ilə bağlı rəsmi tədbir keçirildi

Qafqazda böyük əks-səda doğuran bu tarixi hadisə... - Əliyev

İlham Əliyevdən Milli Mətbuatın 150 illiyi ilə bağlı təbrik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla