Yuxarı

“Etiler Meat House” restoranlar şəbəkəsinin yeni filialı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün “Etiler Meat House” restoranlar şəbəkəsinin yeni filialının açılışı olub. “Crescent Mall”ın 1-ci mərtəbəsində yerləşən “Etiler Meat House” restoranı ləzzətli təamları və geniş seçim imkanları ilə qapılarını müştərilərinin üzünə açıb.

Açılış mərasiminə qatılan qonaqlar qırmızı xalıdan keçərək restorana daxil oldular. Tədbirin aparıcısı Nəsib Nur gələn qonaqları salamladı. Daha sonra restoran haqqında məlumat verən aparıcı “Etiler Meat House” restoranının təcrübəli personalının hər bir müştəriyə xüsusi yanaşdığını, restoranın istər müasir üslubda gözoxşayan interyeri, istər xidmət səviyyəsinin keyfiyyəti, istərsə də təqdim olunan yeməklərin ləzzəti ilə seçilən restoranlar sırasında birincilərdən olduğunu bildirdi. Tanınmış aparıcı istirahət etmək, xoş vaxt keçirmək, eləcə də xüsusi ləzzətlər dadmaq üçün belə ideal məkan yaratdıqlarına görə restoran rəhbərliyinə xüsusi təşəkkürlərini çatdırdı.

Daha sonra restoranın özəlliyindən danışan Nəsib Nur, məhz “Crescent Mall”da yerləşən bu filialda Türk və Dünya mətbəxinin təamları ilə yanaşı, müştərilərə Yapon mətbəxindən “suşi” çeşidləri də təklif edildiyini dedi.

Açılış mərasimində qonaqlara restoranın şefi Vasif Alməmmədovun hazırladığı ləzzətli təamlar təqdim olundu. Daha sonra tanınmış estrada ulduzlarımız Aygün Kazımova, Röya, Zülfiyyə Xanbabayeva, Sevda və Emma Ələkbərzadələr, Dilarə Kazımova, Samir Cavadzadə, Elnur Hüseynov öz mahnıları ilə qonaqlara xoş anlar bəxş etdilər. Səhnə ulduzları öz repertuarlarında tanınmış şair/bəstəkar Cəlal Qurbanovun sevilən mahnılarını da daxil etmişdilər.

Açılış mərasimində Azərbaycanın tanınmış simalarından Kamilə Babayeva, Lalə Azərtaş, Xədicə Sənanqızı, Hacı Nuran, Zaur Baxşəliyev, Elvin Mərdanov, İlqar Muradov, məşhur stilistlər Anar Ağakişiyev, Elnur Həsənov, Nigar İbrahimova, sayt rəhbərləri Vüsalə Mahirqızı, Aynur Camalqızı və digərləri iştirak edirdi.

Qeyd edək ki, “Crescent Mall”da yerləşən “Etiler Meat House” restoranı bu şəbəkənin müştərilərə təqdim olunan 3-cü restoranıdır. Belə ki, ilk restoran 2019-cu ildə “Gənclik Mall”da, daha sonra ikinci restoran 2022-ci ildə “28 Mall”da açılıb. “Crescent Mall” da yerləşən “Etiler Meat House” restoranının özəlliklərindən biri də burada müştərilərə Türk və Dünya mətbəxi ilə yanaşı Yapon mətbəxindən “suşi” çeşidlərinin də təqdim olunmasıdır.

Qeyd edək ki, “Crescent Mall” da yerləşən “Etiler Meat House” restoranı səhər saat 10:00-dan gecə 02:00-a kimi fəaliyyət göstərir və hər həftənin şənbə, bazar günləri axşam saat 21:00-dan sonra müştərilərə canlı dj performansı təqdim olunur.

Tarix
2024.12.31 / 13:33
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Çinə səfəri: Viza rejimi ləğv edilə bilər...

Gürcüstan prezidentinin Bakı səfəri başa çatdı

Çinlə Azərbaycan arasında protokol imzalandı

Bakı ilə Tehran arasında bu sazişin imzalanması təsdiqləndi

Kavelaşvili Sahibə Qafarova ilə görüşdü

İlham Əliyev Armitacın vəfatı ilə bağlı başsağlığı verdi

Mask övladlarının sayını buna görə artırır

Azərbaycanın Zəngəzur, Vedi, Dərələyəzə girişi... - Qazaryan

Əli Əsədov bacarmır, Baş nazir vəzifəsi ona tapşırılsın!

Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla