Yuxarı

Ümid edirəm ki, dayım həbs olunacaq - Muradxani

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ümid edirəm ki, dayım həbs olunacaq - Muradxani

İranın ali rəhbəri Əli Xameneinin bacısı oğlu Mahmud Muradxani "Avronyus" (Euronews) kanalına müsahibəsində deyib ki, Xamenei etirazlara baxmayaraq, hakimiyyətdən getməyəcək.

Axar.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Onun sözlərinə görə, Xamenei “son damla qanına qədər” müqavimət göstərəcək.

Siyasi mühacir bildirib ki, İranda davam edən basqılar etirazlara son qoymayacaq. Onun fikrincə, dayısının bir gün həbs olunaraq mühakimə ediləcəyinə ümid etsə də, Xameneinin könüllü şəkildə istefa verəcəyinə inanmır.

Xameneini diktatorlarla müqayisə edən Muradxani əlavə edib ki, bu tip liderlər son ana qədər hakimiyyətdə qalmağa çalışır və geri çəkilmirlər.

Qeyd edək ki, 1986-cı ildən Fransada mühacirətdə yaşayan 62 yaşlı Muradxani Fransanın şimalında, Lill şəhəri yaxınlığında fəaliyyət göstərən otolarinqoloq həkimdir. O, uzun illərdir İran rejiminin açıq müxalifi kimi tanınır. Muradxani 22 yaşında İrandan İraq vasitəsilə qaçdığını, daha sonra Fransaya yerləşdiyini bildirib.

Tarix
2026.01.23 / 18:49
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla