Yuxarı

Hacıqabulda zəncirvari qəza: 1 ölü, 6 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacıqabulda zəncirvari qəza: 1 ölü, 6 yaralı

17:30

Hacıqabulda yol qəzası baş verib, beş nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralında Qədirxum istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobil “Mersedes” markalı avtomobilə və daha sonra digər maşına çırpılıb. Qəza nəticəsində Sabirabad rayon sakinləri, 2016-cı il təvəllüdlü Yusif Zamin oğlu Qəhrəmanov, 2014-cü il təvəllüdlü Elgün Eldəniz oğlu Sarıyev, 1991-ci il təvəllüdlü Günel Əliağa qızı Sarıyev, 2008-ci il təvəllüdlü Günel Vilayət qızı Qəhrəmanova və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

***

Hacıqabulda VAZ-2107 markalı avtomobilin “Mersedes” markalı nəqliyyat vasitəsinə, daha sonra digər avtomaşına çırpılması nəticəsində bir nəfər ölüb.

Report-un məlumatına görə, qəza nəticəsində ağır xəsarət alan Sabirabad rayon sakini, 2016-cı il təvəllüdlü Yusif Zamin oğlu Qəhrəmanov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Tarix
2025.01.02 / 19:11
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla