Yuxarı

Faiz ödənişləri niyə ilk aylarda çox olur? – MB

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Banklar kreditin ilk aylardakı ödənişi zamanı məbləğin bəzi hallarda yarıdan çoxunu faizə tuturlar, az qismini isə əsas vəsaitdən silirlər. Sonrakı aylarda isə ödənişlərdə əsas vəsaitdən çıxılma məbləği artır, faiz tutulması isə azalır.

Axar.az xəbər verir ki, bu, bankların özünü “sığortalaması”, qazancını artıqlaması ilə ilk aylarda götürməsi kimi təqdim edilir. Ancaq burada kredit götürənin hüquqları pozulur. Belə ki, o, son müddəti gözləməyib, bir neçə aydan sonra krediti tam bağlamaq qərarına gələrsə, məlum olacaq ki, kreditə görə faizin böyük hissəsini artıq ödəyib. Yəni hansısa məbləğə görə bir illik kreditin sonunda 100 manat faiz ödəyəcəkdisə, 6 ayın tamamında ödədiyi faiz 50 manat deyil, az qala 90 manat olur.

Daha bir qəribə hal isə kreditin vaxtından əvvəl bağlanması və ya 2-3 aylıq kreditin eyni gündə ödənməsi halında bankların əlavə rüsum tətbiq etməsidir.

Mərkəzi Bankdan bu mövzuda sorğumuza cavab olaraq bildirilib ki, Mülki Məcəllənin 740.1-ci və 744.2.4-cü maddələrinə görə kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqların ödəniş qaydası və şərtləri borcalanla bağlanmış kredit müqaviləsi ilə müəyyən edilir:

“Həmçinin istehlak krediti müqavilələri bağlanmazdan əvvəl istehlakçıya təqdim edilən ilkin məlumatlandırma sənədində kreditin ödəniş şərtləri, kredit müqaviləsi üzrə faizlərin və ya digər ödənişlərin məbləği, tətbiq edilmə şərtləri əks olunmalıdır.

İstehlak kreditləri üzrə annuitet üsulu banklar üçün həmin kreditlər üzrə riskləri qısa müddətdə absorbsiya etmək imkanı yaratdığından daha geniş istifadə edilir. Bu yanaşma beynəlxalq təcrübəyə də uyğundur, annuitet ödəniş üsulu istehlak və ipoteka kreditləri üzrə beynəlxalq səviyyədə qəbul olunmuş bir üsuldur.

Annuitet üsulu kredit üzrə faizin borcun qalıq məbləği üzərinə hesablanmasını nəzərdə tutur ki, bu da zaman keçdikcə azalır. Belə ki, bank ilk aylarda sonrakı aylarla müqayisədə daha çox gəlir əldə edir ki, bu da onun maliyyə sabitliyi və risklərin idarə olunması baxımından daha vacibdir (o cümlədən ona görə ki, kredit ödənişləri irəlilədikcə bank borcalanın risk profilini daha yaxşı müəyyənləşdirir, kreditin əvvəlində borcalanın risk profili həmişə daha yüksək hesab olunacaqdır).

Bundan əlavə, annuitet ödəniş metodu həm borcalan, həm də kredit təşkilatı üçün ödənişlərin sabitliyini və proqnozlaşdırıla bilməsini təmin edir. Bu, borcalana öz büdcəsini planlaşdırmağa imkan verir. Eyni zamanda, annuitet, kreditin ödənilməsinin digər formalarında baş verə biləcəyi kimi, ödənişlərdə kəskin dəyişikliklərin qarşısını almağa imkan verir”.

MB kreditin vaxtından əvvəl ödənilməsi zamanı bankların əlavə rüsum və cərimə tətbiq etməsini isə belə izah edib:

“Kreditin vaxtından əvvəl ödənilməsi zamanı kredit təşkilatları tərəfindən kompensasiyaların tətbiqi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Belə ki, Mülki Məcəlləyə əsasən istehlak kreditlərinə münasibətdə həmin Məcəllənin 746-4-cü maddəsində (istehlak krediti müqaviləsinin vaxtından əvvəl icrası) tətbiq olunan kompensasiyaların məbləğlərinə dair bir sıra məhdudiyyətlər nəzərdə tutulmuşdur. Məsələn, Mülki Məcəllənin 746-4.3-cü maddəsinə əsasən kompensasiyanın məbləği müqavilə müddətinin bitməsinə bir ildən çox müddət qaldıqda, istehlak krediti üzrə vaxtından əvvəl ödənilmiş məbləğin 1 (bir) faizindən, bir il və daha az müddət qaldıqda isə 0,5 faizindən çox olmamalıdır.

Həmçinin Mülki Məcəllənin 746-3.1-ci maddəsinə əsasən istehlakçı istehlak krediti müqaviləsi üzrə pul vəsaitinin ona verildiyi gündən 30 (otuz) gün müddətində heç bir səbəb göstərmədən istehlak krediti müqaviləsindən imtina edə bilər. Bu halda borcverən tərəfindən ödənilən dövlət rüsumu və xidmət haqlarının məbləği istisna olmaqla, istehlakçıdan kompensasiya və hər hansı digər ödənişlərin alınması yolverilməzdir.

Biznes və ipoteka kreditlərində isə qeyd olunan məsələ Mülki Məcəllənin 745.2-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəlik vaxtından əvvəl ödənilərsə, borcverən bu Məcəlləyə uyğun olaraq zərərin əvəzinin ödənilməsi üçün kompensasiya ödənilməsini yalnız kredit müqaviləsində nəzərdə tutulduqda tələb edə bilər.

Mülki Məcəllə ilə müəyyən olunmuş hədlərdən artıq məbləğdə kompensasiyaların tətbiqi hallarında müvafiq kredit təşkilatlarının çağrı mərkəzlərinə, eləcə də Mərkəzi Bankın Qaynat xəttinə (966) müraciət oluna bilər”.

Tarix
2025.01.08 / 08:45
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin mesajının şifrələri: 2025 üçün Zəngəzur...

Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... – Video

Əhmədiandan Əliyevə: Ərazinizi azad etdiniz, çox sevindik!

Maqdalena Qrono Bakıdan İrəvana gedir

Ermənistanın bu hüquqdan danışması absurddur - Bakı

Bakı ilə AB arasında əməkdaşlıq müzakirəsi... - XİN

Ərdoğan İlham Əliyevə zəng etdi

Bakı-Kazan marşrutu üzrə bütün uçuşlar dayandırıldı

Prezidentin qızları Bakıda növbəti həyətlərin açılışında - Foto

Ermənistan niyə narahatdır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla