Yuxarı

Gəmilərimizin Afrikada saxlanılması ilə bağlı rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəmilərimizin Afrikada saxlanılması ilə bağlı rəsmi açıqlama

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılması məsələsi ilə bağlı açıqlama yayıb.

Axar.az xəbər verir ki, agentliyin mətbuat katibi Pərvanə İmanova Oxu.az-a açıqlamasında 2024-cü ilin 7 noyabr tarixində "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA-ya məlumat daxil olduğunu bildirib.

"Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib. Bununla yanaşı, Agentlik tərəfindən Eritreya dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə Beynəlxalq Dəniz Təşkilatına (BDT), Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib", - o əlavə edib.

Qeyd edək ki, ötən gün Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada yerləşən Eritreya dövlətinə aid sularda həbs edildiyinə dair məlumat yayılıb.

Tarix
2025.01.08 / 09:45
Müəllif
Axar.az
Digər xəbərlər

Fuad Oqtay Azərbaycana gəldi

Müşfiq Abbasov bu sözlərinə görə həbs olunub? - Video

Vaşinqtonda təxribat törədənlər deport edilməlidir - Teys

Ukrayna irəliləyir: 8 kənd azad edildi, 1400 km-dəki zavod isə...

Baş nazirin müavini açıqladı: Ağbənd-Kəlalə körpüsü hazırdır

Azercell rabitə modelini gücləndirir

Diplomatik xidmət əməkdaşları ilə bağlı mühüm qərar

Azərbaycan-Gürcüstan münasibətləri müzakirə olundu

Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq

Bakı aeroportunda yeni terminal inşa ediləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla