Bakıda əməliyyat: 11 kq narkotik, 9 odlu silah aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda əməliyyat keçirilib, 11 kiloqram narkotik və doqquz ədəd odlu silah aşkarlanıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, tədbirlərlə 40 yaşlı Danial Alıyev, 35 yaşlı Nizami Bayramov, tanışı 34 yaşlı Nicat Əlizadə, 37 yaşlı Cəlil İsmayılov və narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha yeddi nəfər saxlanılıb.

Bu şəxslərdən ümumilikdə 11 kiloqram tiryək, marixuana, metamfetamin, 100 ədəd psixotrop tərkibli təsiredici həb aşkar olunaraq götürülüb.

Nizami Bayramov, Nicat Əlizadə və Cəlil İsmayılovdan əlavə olaraq 1 ədəd “AKM” markalı avtomat, 1 ədəd “Makarov” tapançası, 8 ədəd patron və patron darağı da aşkar edilib.

Bu şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarının vasitəsi ilə əldə edib paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar.

Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Bundan başqa, Nərimanov rayonunda aparılan profilaktik tədbirlər zamanı bir ədəd “Kalaşnikov” avtomatı tapılıb və vətəndaşlarda saxlanılan 6 ədəd tüfəng könüllü olaraq polisə təhvil verilib.

Tarix
2025.01.14 / 15:46
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, həmin Vardanyandır: Qərb ondan nələr yazırdı? İndi nə istəyir?

Fidan Bakıda Qəzzadakı atəşkəs rejimindən danışdı

Suriyaya ilk kömək əlini Türkiyə uzadıb, Azərbaycan da...

Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti bərpa olunacaq

Türkiyə ilə Azərbaycanın qarşılıqlı sərmayələrinin məbləği...

Rəisinin helikopterinin qəzaya uğramasının səbəbi açıqlandı

Fidan və Bayramovun geniş tərkibdə görüşü başladı

ABŞ-ın yeni dövlət katibi hədəfini elan etdi: Bakının gözləntisi…

İlham Əliyev Hakan Fidanı qəbul etdi

Hakan Fidan Bakıya gəldi

KULT
<> <>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla