Yuxarı

İŞİD-çi Bakıda uşaq qaçırdı – Əməliyyat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 10-da Sabunçu rayonu ərazisində yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci PB-yə müraciət edərək mayın 9-da 8 yaşlı oğlu Hüseynin evdən çıxaraq geri qayıtmadığını bildirib.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, aparılan araşdırmalarla özünü İŞİD üzvü kimi təqdim edən şəxsin E.Ramazanlının mobil telefonuna dəfələrlə zəng edib oğlu Hüseyni girov götürməsi, azad edilməsi müqabilində 30 min manat pul istəməsi və polisə bu barədə məlumat veriləcəyi təqdirdə onun orqanlarını çıxarıb satacağını deməsi müəyyən olunub.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron sakini Elnur Məmmədov tutulub, şəhərciyin ərazisində yerləşən 2 mərtəbəli tikintisi başa çatmayan tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib.

Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırma aparılır.

Tarix
2016.05.11 / 12:31
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla