Yuxarı

Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyası...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyası...

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi Ağdərə rayonu ərazisində yerləşən və əvvəllər istismara yararsız vəziyyətə düşmüş Həsənriz Radio-Televiziya Yayım Stansiyasının işini bərpa edib.

Axar.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, işğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayım şəbəkəsinin bərpası istiqamətində aparılan işlər çərçivəsində sözügedən stansiya elektrik enerjisi ilə təmin olunub. Texniki bina təmir edilib və stansiya texniki vasitələrlə təchiz olunaraq yayım üçün hazır vəziyyətə gətirilib. 300 Vt gücündə televiziya vericisi, 4x1 konfiqurasiyalı anten sistemi, eləcə də digər zəruri texniki vasitələr quraşdırılaraq istismara verilib.

Nəticədə 25-ci televiziya kanalında (506 MHs) 8 televiziya proqramının (AzTV, İctimai TV, İdman Azərbaycan TV, Mədəniyyət TV, CBC Sport, ATV, Xəzər TV, Space TV) Həsənriz və ətraf kəndlərin ərazilərində yayımı təmin olunub.

İşğaldan azad edilmiş ərazilərdə bu günə qədər 8 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib. Bərpa tədbirləri “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına uyğun olaraq həyata keçirilir.

Tarix
2025.01.17 / 12:14
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan Türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla