Yuxarı

Ceyhun Hüseynovun qətli: general dindirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceyhun Hüseynovun qətli: general dindirildi

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Axar.az APA-ya istinadən xəbər verir ki, yanvarın 22-də Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.

Əlahiddə Ümumqoşun Ordu komandanının keçmiş müavini general-mayor Rəhim Cəfərov məhkəmədə şahid kimi ifadə verib.

Qeyd edək ki, ötən proseslərdə müdafiə tərəfi (vəkil Ələkbər Cəfərov tərəfindən) onun məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırıb və bununla bağlı vəsatət təmin edilmişdi.

Əlahiddə Ümumqoşun Ordunun sabiq komandanı general-polkovnik Kərəm Mustafayevin məhkəməyə çağırılması vəsatətini isə məhkəmə təmin etməyib.

Məhkəmə prosesində digər şahidlərin də ifadələri dinlənilib.

Məhkəmə fevralın 7-dək təxirə salınıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynov ötən il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.

Bir neçə gün sonra Günnüt yaşayış məntəqəsi istiqamətində onun nəşi aşkar edilib.

Fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, daktiloskopik və trasoloji ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunub.

Cinayət işi üzrə hərbi hissə komandiri, polkovnik Samir Mətləb oğlu Həziyev həbs olunub. İş üzrə onunla yanaşı, hərbi hissənin Tibb Xidməti rəisi Aydın Yaşar oğlu Quliyev də ittiham olunur.

Onlara Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma - bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Ceyhun Hüseynov ADA Universitetinin məzunu olub.

Tarix
2025.01.22 / 20:13
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

Deputatın gizlətdiyi qızı üzə çıxdı: Çöllərdə qalmışam... - Video

Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla