Yuxarı

"Azercell"in dəstəyi ilə Bakıda “Dayanıqlı İnkişaf” hakatonu keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azercell"in dəstəyi ilə Bakıda “Dayanıqlı İnkişaf” hakatonu keçirildi

Gənclər ətraf mühitin mühafizəsinə yönəlmiş texnoloji həllərini təqdim ediblər

Yanvarın 18-də Oxbridge Academy-də Azercell və “Eventify” şirkətinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf” hakatonu baş tutub. Layihə gənclərə potensiallarını reallaşdırmağa imkan yaratmaq, eləcə də ətraf mühitin qorunmasına yönəlmiş texnoloji həlləri ərsəyə gətirmək məqsədini daşıyıb. Tədbir həmçinin startap ekosisteminin inkişafına töhfə verərək iştirakçılara öz innovativ ideyalarını həyata keçirmək üçün effektiv platforma rolunu oynayıb.

Yarışa 12-18 yaş arasında olan gənclərdən ibarət ümumilikdə 11 komanda qatılıb. Yarışçılara ətraf mühitin mühafizəsinə yönəlmiş texnoloji problemlərin həllinə 6 saat vaxt ayrılıb. Komandalar mentorların dəstəyi ilə ideyalarının prototiplərini hazırlayaraq münsiflər heyətinə təqdim ediblər.

Münsiflər heyətinin qərarına əsasən ekoloji layihələrdə bonus xal sistemi vasitəsilə iştirakı təşviq edən təşəbbüs ilə “Bono” komandası qalib gəlib. 2-ci yerin sahibi dayanıqlı şəhər layihəsi ilə “Homeboys” komandası, 3-cü yerə isə meşə yanğınlarına qarşı dron həlli təklifi ilə “JoshuaTech” komandası seçilib.

Qalib komandalar baş sponsor "Azercell"in xüsusi mükafatları ilə təltif olunublar.

Azercell Telekom MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.

Tarix
2025.01.28 / 13:52
Müəllif
Axar.az
Digər xəbərlər

Kral III Msvati Bakıya gəldi

Aleksandr Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla