Yuxarı

Hərbi vəzifəlilərin təlim toplanışı başa çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb. Toplanışın başa çatması münasibətilə bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edənlər bildiriblər ki, hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə sıra, taktiki, hərbi tibb, ixtisas və digər hazırlıqlar üzrə nəzəri və praktiki məşğələlər keçirilib. Toplanışın planına uyğun olaraq onlara ordumuzun arsenalında olan müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, həmçinin düzgün istifadə qaydaları və döyüş tətbiqi üsulları öyrədilib.

Bununla yanaşı, ehtiyatdan çağırılanların mənəvi-psixoloji vəziyyəti yoxlanılıb, onlarla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.

Qeyd olunub ki, təlim toplanışında qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Sonda təlim toplanışında fərqlənən bir qrup hərbi vəzifəliyə fəxri fərmanlar təqdim edilib.

Tarix
2025.01.31 / 11:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana maneəsiz keçid verməyə hazırıq, ancaq...

ATƏT-in Minsk Qrupu ləğv edilməlidir!

Bakıdan qovulan iranlı fahişələr deputatla... - Sensasiya

Azərbaycanla Rusiya arasında nə baş verir? - Markedonov

MTX-dən İrəvanın mərkəzində oxunan “Qarabağ” açıqlaması - Video

Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... – Video

İrəvanda “Qarabağ” səsləndi: onlar Ermənistanın ağalarıdır!

Ekspertlər həyəcan təbili çalır, AQTA-nın tükü belə tərpənmir...

Ombudsman Hassana yazdı: Bakıya qərəzli yanaşma...

Putin Əsədi Suriyaya verməsə, nələr itirəcək? - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla