Rusiyadakı azərbaycanlıların nəzərinə: Fevralın 5-dən...
12:45
Ana səhifə Toplum |
Qəbələdə yol qəzası baş verib, bir nəfər ölüb, dörd nəfər xəsarət alıb.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə yanvarın 31-də axşam saatlarında rayonun Tövlə kəndi ərazisində qeydə alınıb.
Belə ki, VAZ-2106 və VAZ-2101 markalı minik avtomobillərinin toqquşması nəticəsində VAZ-2106-da olan sərnişin, 1958-ci il təvəllüdlü Ehsan Kərimov hadisə yerində ölüb, digər sərnişin, 1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü, 56 yaşlı Emin Muşdaqov, digər avtomobilin sürücüsü, 30 yaşlı Ağasif Qəribli və sərnişini, 2002-ci il təvəllüdlü Elnur Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Tarix
2025.02.01 / 10:40
|
Müəllif
Axar.az
|