Yuxarı

Müəllim uşaqların ağzını yapışdırıcı lentlə bağladı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müəllim uşaqların ağzını yapışdırıcı lentlə bağladı - Video

Gəncə şəhərindəki "Kiçik dahilər" Uşaq İnkişaf Mərkəzində müəllim uşaqların ağzını yapışdırıcı lentlə bağlayıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə müşahidə kameralarına düşüb.

Hadisə uşaqlar bir-biri ilə oynadığı zaman baş verir. Lakin bunun cəza, yoxsa oyun xarakterli olduğu aydınlaşmır.

"Kiçik dahilər" Uşaq-İnkişaf Mərkəzinin nümayəndəsi Pərvanə Muradova açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, hadisə yanvarın 30-da qeydə alınıb və müəllim artıq işdən çıxarılıb:

“Müəllim oyun niyyəti ilə uşaqların öz istəyi əsasında onların ağızlarına "skoç" vurub. Lakin bizimlə şəxsi problemləri olan bir valideyn bundan istifadə edərək, şikayətləndi və bizim üçün problem yarandı. Məhz bu səbəbdən 2-3 gün sonra həmin müəllimi işdən azad etməli olduq. O, düzgün hərəkət etməsə də, bunu sadəcə, oyun niyyəti ilə edib”.

Qeyd edək ki, "Kiçik dahilər" Uşaq İnkişaf Mərkəzi ötən ilin sentyabrından fəaliyyət göstərir.

Tarix
2025.02.08 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla