Yuxarı

Diqqətli olun: Bu hallarda avtomobiliniz aşa bilər - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş DYP İdarəsi dünən axşam Neftçala rayonunda avtomobilin aşması nəticəsində baş vermiş qəza barədə açıqlama yayıb.

Axar.az xəbər verir ki, açıqlamada bu kimi qəzaların səbəblərinə aydınlıq gətirilib.

Bildirilib ki, fevralın 11-i saat 18:00 radələrində Neftçalanın Qaçaqkənd kəndində Qamət Sahib oğlu Nəhmədovun idarə etdiyi “Mersedes” markalı 90 DH 388 dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarına aşıb. Hadisə nəticəsində sürücü Q.Nehmədov xəsarət alıb.

Hadisə barədə araşdırma aparılır.

Məlumata görə, təhlillər onu deməyə əsas verir ki, minik nəqliyyat vasitələrinin yoldan çıxaraq aşmasının səbəbləri əsasən aşağıdakılardır:

– Sürət həddinin aşılması – Yüksək sürətlə hərəkət edərkən avtomobilin idarə olunması çətinləşir və döngələrdə yol tutuşu azalır;

– Sürüşkən və ya pis yol şəraiti – Qar, buz, yağış və ya qum avtomobilin təkərlərinin yol tutuşunu azaldaraq sürüşməsinə səbəb ola bilər;

– Ani və kəskin manevrlər – Qəfil dönmələr və ya ani əyləcləmə nəticəsində avtomobilin stabilliyi pozula bilər;

– Təkərlərin nasaz olması – Köhnəlmiş və ya standartlara uyğun olmayan təkərlər (məsələn, qışda yay təkərləri) yol tutuşunu zəiflədir və qəza riskini artırır;

– Asqı və sükan sistemindəki problemlər – Avtomobilin asqı və sükan sistemində nasazlıqlar idarəetməni çətinləşdirə bilər;

– Sərxoş və ya yorğun sürücü – Spirtli içki və ya narkotik maddələrin təsiri altında, həmçinin yorğunluq səbəbilə sürücünün refleksləri zəifləyir.

Bu hadisələrin qarşısını almaq üçün sürücülər diqqətli olmalı, avtomobillərini mütəmadi olaraq yoxlamalı və hava şəraitinə uyğun sürüş tərzi seçməlidirlər.

Tarix
2025.02.12 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama

Somali prezidenti Bakıda Zəfər parkını ziyarət etdi - Foto

Qorbaçovun Nobel mükafatının ləğvinə çağırış edildi

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Somali ilə imzalanmış sənədlərin mübadiləsi mərasimi... - Foto

Prezidentlərin təkbətək görüşü başladı

İlham Əliyev Somali prezidentini belə qarşıladı - Foto

Həmişə xalqıma bu sözləri demişəm - Prezident

Əliyev: Qan tökülməsinin yeganə səbəbi budur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla