Yuxarı

Maskın 4 yaşlı oğlu Ağ Evdə: bu hərəkəti gündəm oldu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maskın 4 yaşlı oğlu Ağ Evdə: bu hərəkəti gündəm oldu - Video

Ağ Evin Oval kabinetində Donald Tramp və İlon Maskın birgə bəyanatı zamanı maraqlı anlar yaşanıb. Belə ki, siyasətçilər dövlət aparatının islahatını müzakirə edərkən Maskın dörd yaşlı oğlu ictimaiyyətin diqqətini üzərinə çəkib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Kadrlardan şıltaq uşağın demokratiya və büdcə xərcləri haqqında söhbətlərdən açıq şəkildə darıxdığı üçün özünü başqa cür məşğul etməyə qərar verdiyi görünür: üz-gözünü qırışdırır, atasının üzünə toxunur, onun sözünü kəsir və hətta Trampa nəsə pıçıldayır, o da təbəssümlə cavab verir.

Bir məqamda balaca Mask burnunu qurdalamağa başlayır - bu an artıq sosial şəbəkələrdə memə çevrilib.

İlon Mask dəfələrlə oğlu ilə rəsmi tədbirlərdə iştirak edib və bu təsadüfi deyil. Milyarder əmindir ki, dünya doğum böhranı ilə üzləşir və müntəzəm olaraq insanları daha çox uşaq dünyaya gətirməyə çağırır. O özü üç qadından 12 uşaq atasıdır.

Tarix
2025.02.12 / 16:12
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla