Yuxarı

Aktauya ezam olunmuş reanimotoloq: Tərəddüd edirdilər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktau yaxınlığında baş vermiş təyyarə qəzasından sonra Yeni Klinikaya ilkin mərhələdə yüngül xəsarət alanlar gətirildi. Daha üç ağır və reanimasiya şəraitində müalicə alan xəstəmizin Bakıya daşınması üçün hava nəqliyyatı və xüsusi həkim dəstəyinə ehtiyac var idi.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Yeni Klinikanın Reanimasiya şöbəsinin anestezioloqu, reanimotoloq İsmayıl Əliyev deyib.

O zaman Aktauya ezam olunmuş həkim qrupunun içərisində yer alan İsmayıl Əliyev orada baş verənləri belə izah edir:

“Bir qrup həkim Aktauya ezam olunduq. Ora çatanda üç xəstədən birinin durumu orta ağır idi və süni tənəffüs cihazına bağlanmışdı. Həkimlər onu aparatdan ayırıb-ayırmamaqla bağlı tərəddüd edirdilər. Biz müdaxilə edəndən sonra həmin xəstənin süni tənəffüs aparatından ayrılmış şəkildə Bakıya gətirilməsinə nail olduq. Digər iki ağır xəstəni isə xüsusi cihazlarla təmin olunmuş təyyarə vasitəsilə gətirdik. Şükürlər olsun ki, hər üç xəstənin reanimasiyada müalicələri başa çatıb. Onlardan ikisi ambulator müalicə üçün evə buraxılıb, yalnız birinin stasionarda müalicəsi davam etdirilir”.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Ümumilikdə, Yeni Klinikaya hospitalizasiya olunan və zəruri tibbi xidmətlərlə təmin olunan 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb. 4 (3 qadın, 1 kişi cinsli olmaqla) nəfərin müalicəsi hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində davam etdirilir. 1 nəfərin (qadın cinsli) müalicəsi Yeni Klinikada, 2 nəfərin (1 kişi, 1 qadın cinsli olmaqla) fizioterapevtik müalicəsi Tibbi Reabilitasiya Mərkəzində, 1 nəfərin (qadın cinsli) müalicəsi isə şəxsi istəyilə Baləkən Rayon Mərkəzi Xəstəxanasında aparılır.

Tarix
2025.02.12 / 17:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan öyrənəcəyimiz sahələr... - Mahmud

Bu səfər, sadəcə, diplomatik əməkdaşlıq deyil - Mahmud

Arxalanacağımız dostlara malik olmaq çox vacibdir - Prezident

Somali ilə sıx dostluq münasibətlərində yeni səhifə...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama

Somali prezidenti Bakıda Zəfər parkını ziyarət etdi - Foto

Qorbaçovun Nobel mükafatının ləğvinə çağırış edildi

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Somali ilə imzalanmış sənədlərin mübadiləsi mərasimi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla