Yuxarı

Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncamda qeyd olunur ki, 2025-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud Məmmədibrahim oğlu İbrahimbəyovun anadan olmasının 90 ili tamam olur.

Maqsud İbrahimbəyov parlaq istedada malik nasir kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii fikrinin zənginləşməsində təqdirəlayiq rol oynamış söz ustalarındandır. Ötən əsrin 60-cı illərində yeni ədəbi prosesin formalaşmasında yaxından iştirak edən sənətkar ərsəyə gətirdiyi dəyərli nəsr nümunələrində qəhrəmanlarının xarakterini dərindən açaraq dolğun və rəngarəng obrazlar yaratmışdır. Onun, eyni zamanda dramaturq, kinossenarist və rejissor kimi Azərbaycan kinematoqrafiyasının inkişafında mühüm xidmətləri vardır. Milli koloritin qabarıq təsviri, adət-ənənələrə bağlılıq, xüsusən Bakı mühitinin özünəməxsus mənzərəsinin təsviri Maqsud İbrahimbəyov yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdir.

Sərəncama əsasən, Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alınır:

- Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Tarix
2025.02.13 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

Belarus Azərbaycanla hərbi məhsullar istehsal edəcək

Turçin Səbaildə Yanğından Mühafizə Hissəsində - Video

Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edildi

Dünya bu üçlük arasında bölündü: indi “poker” gedir…

BMT-nin bu qurumunun Azərbaycandakı fəaliyyəti başa çatdı

Zakir Həsənov Afyoncu ilə görüşdü - Video

Rusiyadan deputatımızla bağlı açıqlama: Buna görə buraxılmadı

Ballıqayadakı qətliamla bağlı protokollar elan edildi

MM spikeri Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi - Foto

Ekoloji fəlakətlə bağlı Ermənistana müraciət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla