Yuxarı

Bu vəzifələr Samir Şərifova həvalə edildi - Sərəncam

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın sədri dəyişib.

Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Komissiyanın sədri artıq Samir Şərifov olacaq. İndiyə qədər komissiyaya Əli Əhmədov sədrlik edirdi.

Digər sərəncamla Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın sədri də dəyişib. Komissiyanın sədri Samir Şərifov olacaq. İndiyə qədər bu vəzifəni Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri icra edirdi.

Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın üzvlərinin sayı da artırılıb. Siyahıya Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini və Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri də əlavə edilib.

Həmçinin, “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncama edilən dəyişikliklə Komissiyanın sədri vəzifəsi Samir Şərifova həvalə edilib. Komissiyanın üzvləri sırasına isə Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini əlavə edilib.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın sədri də dəyişib. Komissiyanın sədri vəzifəsi Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Anar Axundova həvalə edilib. İndiyə qədər bu vəzifəni Sahib Məmmədov icra edirdi.

Tarix
2025.02.13 / 15:47
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan Bakıya imtina edilməyəcək təklif verib - Manukyan

Ölkəmizə 3 ildə neçə Rusiya və Ukrayna vətəndaşı gəlib?

Ukraynadan qalib çıxsa, Kreml qonşularına “qayıdacaq”

Azərbaycan QHT-ləri Tramp və Maska müraciət etdi

Tramp Bakının da iştirakçısı olduğu dəhlizi bloklayır

Ermənistanda nə qədər əhali var? – Fransa nəşri

Somali prezidenti Səngəçal neft terminalında oldu

İrəvandan Zəngəzur dəhlizi ilə bağlı daha bir açıqlama

Erməni dərsliklərindən “Qarabağ mövzusu” çıxarıldı

Bakı “Sputnik Azərbaycan” və BCC ilə bağlı qərar verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla